Terroçuların komandiri: “Türkiyə ilə razılaşmanı qəbul edirik və onun tətbiqi üçün nə lazımdırsa, edəcəyik” A- / A+

 

Türkiyə ilə ABŞ arasında Suriyanın şimalındakı əməliyyatların dayandırılması üçün 13 maddəlik razılaşma imzaladıqdan sonra PKK/YPG-dən ilk açıqlama gəlib.

News12.az “Amerikanın Səsi”nə istinadən xəbər verir ki, PKK/PYD/YPG/SDG-nin komandiri, “Məzlum Kobani” kod adlı Fərhad Abdi Şahin razılaşmanı qəbul etdiklərini açıqlayıb.
“Türkiyə ilə razılaşmanı qəbul edirik və onun tətbiqi üçün nə lazımdırsa, edəcəyik. Bu, sadəcə bir başlanğıcdır. Ona görə də Türkiyəni hədəfinə çatdırmayacaq”,- Şahin bildirib.
Razılaşmanın Suriyanın şimalında Ras əl Eyn və Təl Abyad arasındakı 120 km-lik sərhəd bölgəsini əhatə etdiyini iddia edən komandir qüvvələrinin digər bölgələrdən çıxmayacağını vurğulayıb.
ABŞ-Türkiyə razılaşmasına Dəməşq hökumətindən də açıqlama gəlmişdi. Bəşər Əsədin siyasət və media üzrə müşaviri Buseyna Şaban razılaşmanı “müəmmalı” adlandırmışdı.
шаблоны для dle 11.2
Tarix: 18-10-2019, 12:54







TAM XƏBƏR
Facebook
Foto

Məmmədəliyevin hüzr mərasimində

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?