Metrodakı sərnişin sıxlığının səbəbi AÇIQLANDI A- / A+
 

“Bakı Metrpoliteni” QSC bu gün qatarların intervalında müşahidə edilən gecikmə ilə bağlı açıqlama verib. Qurumun mətbuat katibi Bəxtiyar Məmmədov Modern.az-a açıqlamasında ləngimənin qatarın qapısında qeydə alınan nasazlıqla bağlı olduğunu bildirib:

“Yeni qatarların da bir xüsusisiyyəti var ki, qapını saxlayanda avtomatik dayanır. Sərnişinlər qapıları bir neçə dəfə tutub saxlayıblar. Həmin vaxt proqramı yenidən yükləmək lazım gəlib. Proqram yükləndikdən sonra qatar yoluna davam edib. Bir qatar gecikdiyindən bu, digər qatarların da gecikməsinə səbəb olub”.

B.Məmmədov qeyd edib ki, hazırda intervalın tənzimlənməsi istiqamətində işlər aparılır.

***
Bu gün səhər saatlarında Bakı metrosunun "Xalqlar Dostluğu" stansiyasındə sərnişin sıxlığı müşahidə olunur. Modern az-ın stansiyada olan əməkdaşının verdiyi xəbərə görə, qatarın 4 dəqiqə intervalla gəlməsi azmış kimi, sonuncu vaqonun qapısı da açılamayıb. Daha sonra bütün qatarda işıqlar sönüb. Maşinistin mudaxiləsindən sonra qatar hərəkətə gəlib. Hazırda stansiyada həddindən artıq sərnişin sıxlığı var.

шаблоны для dle 11.2
Tarix: 17-09-2019, 11:06







TAM XƏBƏR
Facebook
Foto

Məmmədəliyevin hüzr mərasimində

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?