İlqar Məmmədovun açıqlaması AXCP və Müsavatı hiddətləndirib - QALMAQAL A- / A+

 

Bir müddətdir, Respublikaç ı Alternativ (ReAl) Partiyası ilə digər müxalifət partiyaları arasında qarşıdurma yaşanır. Səbəb isə ReAl rəhbəri İlqar Məmmədovun partiyaların seçkiləri boykot taktikasını tənqid etməsi olub. Belə ki, İ.Məmmədov özünün sosial şəbəkə hesabında boykota əl atan partiyaları Azərbaycan ərazilərini işğal eləyən qüvvələrlə müqayisə edib:

“Seçkilərin saxtalaşdırılması və ya boykot edilməsinə çalışan siyasətçilər eyni nəticəyə xidmət edirlər”,-deyə İ.Məmmədov qeyd edib ki, həmin nəticə Azərbaycan ərazilərini işğal eləyən qüvvələrin məqsədlərinə də tam uyğundur.

ReAl sədri  dinc, sivil qaydada səsverməyə qatılıb səsləri qorumağın vacibliyini bəyan edib.

ReAl rəhbərinin bu sözləri digər partiya təmsilçilərinin hiddətinə səbəb olub. Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı İlqar Məmmədov haqqında bunları qeyd edib:


“O, həbsdən çıxdıqdan sonra, hər dəfə danışanda özünü ictimai rəydə necə nüfuzdan saldığının fərqində deyil. Doğurdanmı ReAl-da bir adam tapılmır ki, ona necə danışmaq lazım olduğunu öyrətsin?

İndi də durub iddia edir ki, kim seçkiyə şikayətçi boykotçu pozasında gedəcəksə, ermənilərin əlaltısıdır. Onun dediyindən belə anlaşılır ki, sərbəst seçki mühitinin olmadığı bir şəraitdə, seçkinin əvvəlki kimi total saxtalaşdırılacağına etiraz edən müxalifət boykot qərarı verəcəksə, bu ermənilərin istəyi olacaq. O halda məntiqlə belə çıxır ki, ermənilər də müxalifət kimi Azərbaycanda demokratik seçkilərin keçirilməsini istəyir”. 


“Digər məntiqi nəticə budur ki, Amerikanın, Avropanın idarə edə bilmədiyi müxalifəti, ermənilər idarə edir” – deyə, F. Qəhrəmanlı əlavə edib. O hesab edir ki, bu artıq təkcə qərəz deyil, həm də qeyri ciddilikdir:


Müsavat Partiyasının da məsələyə mövqeyi gecikməyib. Partiyanın Divan üzvü Alya Yaqublu qeydsiz-şərtsiz seçkiyə qatılmağın əleyhinə olduğunu söyləyib:

“Hakimiyyətə iddialı bir partiya lideri seçkini boykot edənlərə ermənipərəst deyirsə, onun demokratiyadan anladığı elə hakimiyyətdəkilər qədərdi. Beləsi nə vaxtsa, prezident olsa, fərqli fikirdə olanların cibinə narkotik atıb tutdurar. 

Mən də qeydsiz-şərtsiz seçkiyə qatılmağın əleyhinəyəm. Çünki seçki komissiyalarının indiki tərkibi qaydasını dəyişmədən, seçki günü səsləri qoruyacaq sayda elektorata (məntəqələrin qabağına toplaşıb saxtakarlarla “vuruşmağa” hazır olan xalqa) sahib olmadan seçkiyə qatılmağı səmərəsiz və hətta ziyanlı iş hesab eləyirəm”.


Qeyd edilən ittihamlara ReAl Partiyasından münasibət öyrəndik. Partiyanın idarə heyətinin üzvü Natiq Cəfərli düşünür ki, Azərbaycanda uzun illərdir, qəribə siyasi sistem formalaşıb. Onun sözlərinə görə, ənənəvi müxalifət və ənənəvi hakimiyyət var:


“Müxalifət xeyli müddətdir, heç bir şeyə nail ola bilməyib, son zamanlar hətta seçkiləri boykot taktikasına əl atmaqları belə onlar üçün heç nəyi dəyişdirmədi. Sonuncu dəfə 2018-ci il prezident seçkilərində qətiyyətlə bu mövqedə qaldılar, nəticə dəyişmədi. Bizim həmin vaxt namizədimiz olan İlqar Məmmədov isə həbsdə olduğuna görə, ReAl seçkilərə qatıla bilmədi.

Ənənəvi müxalifət  boykot taktikasını seçməklə seçkilərin nəticələrini heç kimin tanımayacağını düşünürdü. Amma əksini gördük. Nüfuzlu Avropa ölkələrin liderləri ya prezidenti dəvət etdilər, ya da Bakıya səfər etdilər. Bu uğursuzluqdan sonra yenə də eyni taktikanı davam etdirməyi istəyirlər”.


“ReAl-ın isə bunun əksinə strateji mövqeyi, yanaşması var ki, seçkilərdə iştirak etmək vacibdir” - deyə xüsusi vurğulayan N. Cəfərli bildirib ki, yeni siyasi sistemin formalaşmasına sivil qaydalarla çalışmaq lazımdır:


“Siyasətçi seçkidə iştirak etməlidir, onun başqa işi yoxdur. Halbuki, bu mövqeyimiz kəskin tənqidlə, aqressiya ilə qarşılaşdı. Qarayaxma kampaniyasının aparılması, onsuz da nüfuzdan düşən seçki prosesinə mənfi təsir edir. Hökumətin bəlkə də marağındadır ki, seçkiyə gələn az olsun, insanlar maraqlanmasın. Amma müxalifətin bunu etməsi anlaşıylan deyil. Əksinə dünyanın hər yerindəki müxalifət seçkiyə marağı artırmağa çalışır. ReAl bunu dilə gətirəndə kəskin aqressiya ilə qarşılaşırıq. Bəsit “arqument”lər səsləndirilir ki, seçki komissiyaları bərbaddır, bu şəkildə seçkiyə getmək mümkün deyil. Hazırda bizi bəzi məqamlarda ittiham edən şəxslər vaxtilə mandat da alıblar, parlamentdə də oturublar. Belə olan təqdirdə onların bizə qarşı qarayayaxma kampaniyası gülüş və ikrah doğurur”.

шаблоны для dle 11.2
Tarix: 20-08-2019, 19:15







TAM XƏBƏR
Facebook
Foto

Məmmədəliyevin hüzr mərasimində

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?