İtkin pilotumuz Rəşad Atakişiyevin nəşi TAPILDI A- / A+
 

İyulun 24-də qəzaya uğramış Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin itkin pilotu, polkovnik-leytenant  Rəşad Atakişiyevin nəşi tapılıb.

Bu barədə Modern.az saytına pilotun qayınatası Qabil Hüseynli məlumat verib.
Bu gün Rəşad Atakişiyevin nəşi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində ekzpertizadan keçiriləcək.

Sabah saat 9-da isə Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində vida mərasimi təşkil olunacaq.

Mərhumun sabah dəfn olunması planlaşdırılır... R.Atakişiyevin cənazəsi II Fəxri Xiyabanda dəfn olunacaq.

Rəşad Atakişiyev 1984-cü ilin yanvarın 7-də doğulub. O Heydər Əliyev adına Hərbi Akademiyada təhsil alıb.


Xatırladaq ki, iyulun 24-də gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin “qara qutusu” dünən tapılaraq dənizdən çıxarılıb.

Hazırda qurğunun içərisində olan məlumatların əldə edilməsi məqsədilə “qara qutunun” texniki vəziyyəti öyrənilir.


Rəsmi məlumata görə, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.

Aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb. Qəza nəticəndə təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşmüşdü.

шаблоны для dle 11.2
Tarix: 20-08-2019, 13:55







TAM XƏBƏR
Facebook
Foto

Şuşadan ƏN SON görüntülər-

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?