Deputat azərbaycanlı hərbçiləri təxribata çəkən gürcüləri tərbiyəsiz adlandırdı A- / A+

 

Ötən gün “Keşikçi Dağ" Məbəd-Kompleksində insident yaşanıb. Kompleksdəb bələdçi çalışan vətəndaş azərbaycanlı sərhədçilərin kilsədən ikonaları icazəsiz götürdüklərini iddia edib. Bununla bağlı sərhəddə insident yaşanıb. 

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa deyib ki, kimliyindən asılı olmadan Azərbaycan sərhədçisinin silahının əlindən alana qarşı sərt qarşılıq verilməlidir.

 

“Mənim fikrimcə, bu məsələdə heç bir güzəşt ola bilməz. Gürcüstandan 1-2 tərbiyəsiz gəlib Azərbaycan sərhədçisinin silahını əlindən alacaqsa, ondan bu Azərbaycanın milli maraqlarına qarşı çıxış deməkdir. Ona görə bu məsələdə güzəştli davranmaq olmaz. Hesab edirəm ki, bizim də qeyri-hökumət təşkilatları adı ilə mülki şəxslərimiz orada olmalıdır. Bu cür həyasızlıq edən hər hansı bir şəxslərə qarşı da çox sərt davranılmalıdır. Məhz bu hadisələr onu göstərir ki, hansısa bir sivil addım adı ilə Azərbaycana qarşı təxribatı genişləndirmək istəyirlər,buna hərhansı şəkildə yol verilməməlidir”.

 

Deputat bildirib ki, hazırda delimitasiya gedir, səhhədlərdə müəyyən dərəcədə komissiya işləyir.

 

“Amma yenə də həmin yerlər Azərbaycanın ərazisidir. Azərbaycanda erməni kilsəsi də var, o demək deyil ki, Bakının mərkəzindəki həmin kilsə Ermənistan ərazisidir. Belə axmaqlıq olar?! Bunlar hansı məntiqlə belə bir yanaşma ortaya qoyurlar? Ona görə də mənim fikrimcə, bu məsələdə daha sağlam davranmalıyıq və maraqlarımızı qoyuyan istiqamətdə addımlar atmalıyıq. Bu cür təxribatçı addımların da qarşısını sivil qayda da almalıyıq. Əgər oradan qeyri-hökumət təşkilatı adı ilə bir-iki dələduz gəlib Azərbaycan sərhədçilərinə qarşı bu hərəkəti edirsə, Azərbaycandan da sivil toplum adı ilə mülki şəxslər keşik çəkməli və hər hansı şəkildə belə təxribatların olmasına imkan verilməməlidir”.

шаблоны для dle 11.2
Tarix: 15-07-2019, 17:25







TAM XƏBƏR
Facebook
Foto

Məmmədəliyevin hüzr mərasimində

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?