Yasamalın polis rəisi marşrut avtobuslarını cərimə meydançasına doldurdu A- / A+

 
Yasamal rayon Dövlət Yol Polisi Şöbəsinə yenicə rəis təyin edilmiş Məmməd Əliyev sərnişindaşıma şirkətlərini hədəfə alıb.

DYP rəisinin özbaşınalığı ilə üzləşən şirkətlərdən birindən  verilən məlumata görə, M.Əliyevin göstərişi ilə Yasamal rayonu ərazisindən keçən müxtəlif marşrut avtobusları cərimə meydançasına doldurulub.

“DYP rəisi avtobusların məxsus olduğu şirkət rəhbərlərinə ismarıc göndərərək aylıq “haqq” tələb edib. Hətta iş o yerə çatıb ki, Məmməd Əliyev heç bir qayda pozuntusuna yol verməmiş avtobusları da saxlayaraq cərimə meydançasına aparır. Sürücülər onların işinə mane olan, minlərlə insanı küçələrdə gözləməyə məcbur edən DYP rəisinin əməllərindən cana gəldiklərini bildiriblər” - verilən məlumatda bildirilir.

O da qeyd olunur ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamları onlardan “haqq” tələb edən DYP əməkdaşı ilə bağlı dövlət rəhbərliyinə müraciət hazırlayırlar.

Azpolitika.az
шаблоны для dle 11.2
Tarix: 21-03-2019, 10:52







TAM XƏBƏR
Facebook
Foto

Şuşadan ƏN SON görüntülər-

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?