Şəhid Gəray Məmmədovun xatirəsi anılıb- FOTOLAR A- / A+
 

Sumqayıtdakı N.Nərimanov adına Mədəniyyət Mərkəzində şəhid Gəray Məmmədovun anım günü keçirilib.

News12.az xəbər verir ki, tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər şəhidin döyüş yoluna nəzər salıb, 1992-1993-cü illərdə onun iştirak etdiyi əməliyyatları xatırlayıblar. Qeyd edilib ki, hərbi xidməti başa vurduqdan sonra doğulduğu Laçının Güləbird kəndinə qayıdan Gəray Rayon Daxili İşlər Şöbəsində polis sıralarına daxil olub. Erməni təcavüzünün başladığı ilk illərdə torpaqlarımızın müdafiəsi uğrunda döyüşə atılan fədakar oğullarımızdan biri də Gəray Məmmədov idi.
Şəhid olduğu günə qədər torpaqların müdafiəsi uğrunda ağır döyüşlərdə iştirak edən qəhrəman döyüşçü bu illərdə Laçının Güləbird, Cicimli, Qazıdərəsi, Fərəcan uğrunda gedən döyüşlərdə düşmənin onlarla canlı qüvvəsini və hərbi texnikasını məhv edib.
1993-cü il avqustun 27-də Güləbird kəndi ətrafındakı müdafiə əməliyyatı isə cəsur döyüşçü üçün son döyüş oldu. O, Prezident İlham Əliyevin 2010-cu il 10 iyul tarixli Sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilib. 1997-ci ildən Laçın rayonu Güləbird kənd kitabxanası onun adını daşıyır.
Tədbirdə şəhidin döyüş yoluna həsr olunmuş "Silaha sarılan ömür" səndəli filmi nümayiş etdirilib.






 
шаблоны для dle 11.2
Tarix: 18-03-2019, 16:21







TAM XƏBƏR
Facebook
Foto

Məmmədəliyevin hüzr mərasimində

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?