Məcburi köçkünlər qanbağışlama aksiyasında - FOTOLAR A- / A+

Məcburi köçkünlər qanbağışlama aksiyasında- FOTOLAR


Ölkə vətəndaşlarının sağlamlığının qorunması dövlətimizin sosial siyasətinin əsas istiqamətlərindəndir. Bu siyasətə uyğun olaraq səhiyyə sistemi inkişaf etdirilir, yeni və müasir tibb ocaqları şəbəkəsi genişləndirilir. Prezident İlham Əliyevin tapşırığı ilə hər il respublika əhalisi kütləvi tibbi müayinədən keçirilir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların sağlamlıq problemlərinin həllinə böyük diqqət və qayğı göstərir. 

News12.az xəbər verirn ki, ə

halinin bütün təbəqələri kimi qaçqınlar və məcburi köçkünlərin də dövlət səhiyyə müəssisələrinin xidmətindən hərtərəfli istifadə etmək imkanları var. Onlar üçün tikilib istifadəyə verilmiş qəsəbələrdə, yaşayış komplekslərində tibb məntəqələri də yaradılıb. Bundan başqa, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə son vaxtlar birbaşa müvəqqəti məskunlaşma yerlərində məcburi köçkünlər ixtisaslaşdırılmış tibbi müayinəyə cəlb olunurlar.  

Dövlət Komitəsi məcburi köçkünlərin sağlamlığının qorunmasına önəm verdiyi kimi, onların özlərinin də humanitar aksiyalarda iştirakını dəstəkləyir. Bu ilin əvvəllərində komitədə vətən keşikçiləri - hərbçilər üçün qanbağışlama aksiyası keçirilib. Bərdə rayonu ərazisindəki 866 ailəlik yaşayış kompleksində belə bir aksiya təşkil olunub. Mərkəzi Qan Bankının Bərdə bölməsinin xüsusi tibb briqadasının həkim-hemotoloqları rayon mərkəzi xəstəxanasının tibb heyəti ilə birgə könüllü donorları müayinə etdikdən sonra onlardan qan nümunələri götürüblər. Toplanmış nümunələr irsi qan xəstəliklərindən əziyyət çəkən məcburi köçkünlərin müalicəsində istifadə ediləcək. 

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Bərdədəki nümayəndəsi Yunis Məmmədov və Mənzil İstismar Sahəsinin rəisi Surxay Hüseynov aksiyanın təşkilində fəallıq göstəriblər. 

Bu cür aksiyalar Bərdə rayonunun məcburi köçkünlər yaşayan digər qəsəbələrində də keçiriləcək.


 
шаблоны для dle 11.2
Tarix: 14-03-2019, 11:20







  • : Гости
  • ICQ: {icq}
  • : --
  • :
  • : 0
  • : 0
^
Если у вас на работе или дома заблокирован доступ к этому или любому другому сайту Используйте тор браузер он обходит все возможные блокировки провайдеров. https://tor-browser-vpn.ru/
TAM XƏBƏR
Facebook
Foto

Şuşadan ƏN SON görüntülər-

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?