İran prezidentinin Azərbaycan barədə dediklərinə Bakıdan sərt reaksiya A- / A+


Tarixçi - deputat Fəzail Ağamalı: “Fars rejimi Azərbaycan dövlətinin qüdrətini gələcəkdə etiraf etməli olacaq...”

İran prezidenti Həsən Ruhani fevralın 11-də Tehranda 1979-cu il inqilabının 40-cı ildönümü münasibətilə keçirilən yürüşdə səsləndirdiyi fikirlərlə bağlı Azərbaycan tərəfin etirazı davam edir. Ruhani açıq şəkildə qədim Azərbaycan torpaqlarının İranın olduğunu bildirib. Eyni zamanda, o, türk kökənli Qacar şahlarını xain adlandırıb.

Sitat: “Bizim millət yaxşı bilir ki, son 205 ildə İranın şimalda və Qafqazda yerləşən ərazilərinin böyük bir hissəsi xain Qacar şahları dövründə ölkədən ayrılıb. 191 il əvvəl İranın şimalının daha bir hissəsini ana vətəndən qoparıblar”.

191 il əvvələ gedəndə Türkmənçay, ondan 15 il əvvələ getdikdə isə, Gülüstan müqaviləsi göz önünə gəlir. Bu müqavilələrlə Rusiya və İran Azərbaycan ərazilərini iki hissəyə bölüblər. Torpaqlarımıza həmin müqavilə ilə təcavüz edib, indi də Cənubi Azərbaycan kimi ərazilərimizin ölkəsinin tərkibində qaldığını qulaqardına vuran Ruhani iki müqavilə ilə Rusiyanın tərkibinə keçən Şimali Azərbaycanı “İran torpağı” adlandırır. 

Ana Vətən Partiyasının sədri, deputat, tarix elmləri doktoru, professor Fəzail Ağamalı Ruhanin fikirlərinə tutarlı arqumentlərlə sərt cavab verdi: “İranın prezidenti səviyyəsində tarixin bu dərəcədə saxtalaşdırılması, qədim Azərbaycan torpaqlarının indiki fars rejiminin rəhbəri səviyyəsində İran torpağı kimi təqdim edilməsi çox böyük təəssüf doğurur. Deputatlar səviyyəsində zaman-zaman bu tipli açıqlamalara mövqelər sərgiləmişik. Bu gün Həsən Ruhaninin oturmuş olduğu dövlətin kökləri və təməli məhz Azərbaycan türklərinin yaratmış olduğu dövlət olub. IX əsrdən bu tərəfə Azərbaycanın arealında, tarixi ərazisində Azərbaycan dövləti yaranıb. Həmin dövlətlərə Azərbaycan türkləri rəhbərlik edib. Digər xalqlar da, o cümlədən, farslar da həmin Azərbaycan dövlətinin daxilində etnik bir qrup kimi dövlətlərimizin himayəsində yaşayıblar və bu günə qədər gəlib çatıblar. IX əsrdən bu tərəfə, XX əsrin 20-ci illərinə qədər cənublu-şimallı Azərbaycan torpaqlarına Azərbaycan türkləri rəhbərlik ediblər. Bunu Həsən Ruhani tarixdən bilməmiş deyil. Əgər bilmirsə, o zaman tarixi vərəqləsəydi, tarixi bilərək həqiqəti özündə ifadə etsəydi, bu cür fikirlər söyləyə bilməzdi. 191 il bundan əvvəl Türkmənçay sülh müqaviləsi, ondan əvvəl də Gülüstan müqaviləsi ilə Azərbaycan torpaqları ikiyə bölündü. Cənubi Azərbaycan türkəsilli dövlətin tərkibində qaldı. Orada indiki farslar hakimiyyətdə deyildilər. Azərbaycan türklərinin yaratmış olduğu dövlətin tərkibində yaşayırdılar. Şimali Azərbaycan xanlıqları da bildiyimiz kimi, Rusiyanın əsarətinə düşdülər. Əslində XVIII əsrin ikinci yarısında Nadir Şahın öldürülməsindən, yəni 1747-ci ildən sonra Azərbaycan torpaqlarında xanlıqlar yarandı. Bu xanlıqları birləşdirmək üçün Ağa Məhəmməd Şah Qacar Cənubi Azərbaycan torpaqlarını vahid dövlət ətrafında birləşdirdi. Şimali Azərbaycan torpaqlarını da həmin dövlətə birləşdirmək üçün müharibəni indiki Quzey Azərbaycan ərazisində aparırdı. Həmin vaxt Rusiyanın da böyük maraqları var idi.

Ä°lgili resim

Digər tərəfdən, Şimali Azərbaycan xanlıqlarından Fətəli xanın da torpaqlarımızı birləşdirmək üçün etdiyi cəhdlər baş tutmadı. Bundan istifadə edərək ruslar zəifləmiş Azərbaycanı öz əllərinə keçirməyə çalışdılar. Bununla da ruslar əslində Azərbaycanın şimalini işğal etdilər. Cənub isə Qacarların hakimiyyəti altında uzun müddət qaldı. Həmin ərazidə, indiki İran ərazisi deyilən yerdə Azərbaycan ən müxtəlif əyalətlərə bölünüb. Orada Azərbaycan dili sıxışdırılır, Azərbaycan türklərinin hüququ tapdalanır, Azərbaycan türkcəsində məktəblər yoxdur, kitabların, qəzetlərin dərc olunması xeyli dərəcədə məhduddur. Belə bir vəziyyətdə təəssüf edirəm ki, Həsən Ruhani həqiqəti əks etdirməyən fikirləri bu gün gündəliyə gətirməklə tarixi həqiqətləri inkar edir. Məsələyə bugünkü fars rejiminin düşüncələri səviyyəsində yanaşır. Bu, bizdə çox böyük təəssüf doğurur. Kimin nə deməyindən asılı olmayaraq, Azərbaycan torpaqları zaman gələcək vahid dövlət halında bir daha birləşəcək. Azərbaycan dilini zaman-zaman aşağılamağa çalışan, dilimizi güneydə sıxışdıran fars rejimi Azərbaycan dövlətinin gələcəkdə qüdrətini etiraf etmiş olacaq”.

Deputat Ağa Məhəmməd Şah Qacar haqqında ayrıca danışdı: “Ağa Məhəmməd Şah Qacar tarixi şəxsiyyətdir. O cənub xanlıqlarını birləşdirən, eyni zamanda, şimalı da vahid dövlət altında birləşdirmək uğrunda mübarizə aparan və buna nail olmayan tarixi şəxsiyyətlərdən biridir. O, vahid Azərbaycan uğrunda döyüşən və qətlə yetirilən sərkərdədir. Qacar da, ondan əvvəlki Nadir Şah da Azərbaycan tarixinin ən dəyərli şəxsiyyətləri sırasındadırlar”.

шаблоны для dle 11.2
Tarix: 25-02-2019, 09:38







TAM XƏBƏR
Facebook
Foto

Şuşadan ƏN SON görüntülər-

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?