
Bu barədə maliyyə bazarındakı mənbə bildirib.
Onun sözlərinə görə, kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 33 300 manat olan 646 ədəd yeni səhm buraxılacaq. Qiymətli kağızlar qapalı şəkildə yerləşdiriləcək və onları Bankın mövcud səhmdarları alacaqlar. Proses “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin vasitəçiliyi ilə baş tutacaq.
Xatırladaq ki, "PAŞA Bank" 2007-ci ildə yaradılıb. Hazırda Bankın səhmlərinin 60%-i daxil olduğu "PAŞA Holdinq" MMC-yə, 30%-i "Ador" MMC-yə, 10%-i isə Arif Paşayevə məxsusdur.
“Report”
Tarix: 2-09-2020, 16:48

Digər xəbərlər
Ermənistan diaspor dayağını necə itirib?
Norveçdəki Azərbaycan diasporu ermənilərin qarayaxma kampaniyası ilə mübarizə aparır
Azərbaycanın dövlət bayrağı yenidən Krasnoyarsk aeroportunda dalğalanır