“Sumqayıt-Sərnişin” ASC-nin 2019-cu il üzrə maliyyə hesabatı verib A- / A+
 2019-cu il ərzində “Sumqayıt-Sərnişin” ASC-nin dövlət büdcəsinə və büdcədənkənar fondlara, habelə digət təşkilatlarla hesablaşma əməliyyatı olmuşdur. 2019-cu il ərzində nəqliyyat vasitəsi ilə sərnişin daşımaya görə 10108,80 manat məbləğində sadələşdirilmiş vergi, torpaqdan istifadəyə görə 8724,16 manat məbləğində torpaq vergisi və 463,44 manat məbləğində əmlak vergisi hesablanaraq dövlət büdcəsinə köçürülmüşdür.  01 yanvar 2019-cu il tarixə cəmiyyətin balansında 55527 manat məbləğində əsas vəsait qalığı olmuşdur. 2019-cu il ərzində əsas vəsaitlər üzrə mədaxil və məxaric olmamışdır. Həmçinin əsas vəsaitlərə 3361,77 manat məbləğində köhnəlmə hesablanmışdır. Köhnəlmə normaları Vergi Məcəlləsinin tələblərinə uyğun tətbiq edilmiş, kənarlaşmaya yol verilməmişdir. Əsəs vəsaitlərin qalıq dəyəri 44663 manat məbləğində olmuşdur. Cəmiyyətdə işçilərin orta illik siyahı sayı 19 nəfər olmuşdur. 2019-cu ildə işçilərə 46172 manat məbləğində əmək haqqı hesablanmışdır. Hesablanmış əmək haqqından Dövlət Sosial Müdafiə Fonduna 9761,80 manat  və işsizlikdən sığorta fonduna 230.86 manat məbləğində vəsait ödənilmişdir. Cəmiyyətin 2019-cu il ərzində 79187.00 manat məbləğində ümumi gəlir, o cümlədən sərnişin daşımadan 72657.00 manat məbləğində, icarədən 6530.00 manat məbləğində gəliri olmuşdur. Səhmdar cəmiyyətin 2019-cu il ərzində 82212.42 manat məbləğində xərcləri olmuşdur. Həmin xərclər maya dəyərinə daxil edilmiş  və  Vergi Məcəlləsinint ələblərinə uyğun aparılmışdır. Cəmiyyətin ehtiyat kapitalı balans hesabında 256606.20 manat məbləğində debitor qalığı olmuşdur. Mövcud ildə hesablaşma hesabına 66173.00 manat məbləğində pul vəsaiti mədaxil olunmuş və 66161.34 manat məbləğində pul vəsaiti məxaric edilmişdir.шаблоны для dle 11.2
Tarix: 2-09-2020, 16:32







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?