“Azərbaycan Turizm Bürosu Azərbaycanın dağ piyada marşrutlarının təbliği məqsədilə vahid portal yaradacaq” A- / A+
Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə “Azərbaycanın ekoturizm potensialının sosial və internet mediada təbliği” layihəsini icra etməyə başlayıb. Layihənin həyata keçirilməsində məqsəd Azərbaycanda turizmin ümumi inkişafı kontekstində ölkə ekoturizminin rentabelli olmasına xidmət edəcək yeni ideyaların ortaya çıxmasına, ekoturizm təşəbbüslərinin artmasına, ekoturizm potensialımızın dünyada təbliğinə töhfə verməkdir. Layihə çərçivəsində ekoturizmin sosial və internet mediada təbliğinə aid yazılar, ekspertlərlə müsahibələrin hazırlanması və “Yenimedia.info” saytında yerləşdirilməsi nəzərdə tutulub. Bu sıradan ikinci yazını –  Azərbaycan Dövlət Turizm Agentliyi ilə layihə çərçivəsində eksklüziv müsahibəni təqdim edirik.
  • Agentliyin ekoturizmlə bağlı strategiyası barədə bizə məlumat verərdiniz.
  • Azərbaycan Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu yarandığı gündən çeşidli turizm növlərinin inkişafına və təbliğatına xüsusi önəm verir. Bu turizm növlərindən biri olan ekoturizmin inkişafı və təbliği məqsədilə silsilə addımlar atılmışdır. Belə ki, Böyük Qafqaz silsiləsi boyunca 20-yə yaxın dağ piyada marşrutlarının yaradılması, milli parklarda turizm fəaliyyətinin təmin edilməsi, təbiətə səfər və digər tematik istiqamətlərdə fəaliyyətimiz olmuşdur. Əlavə olaraq, 2019-cu ildə Dövlət Turizm Agentliyinin təşəbbüsü ilə EKTN-nin və digər aidiyyatı qurumlarla birlikdə təbiət turizminin inkişaf etdiriməsi istiqamətində işçi qrupu yaradılmışdır. İşçi qrupunun əsas hədəfi milli parklarda təbiət turizminin inkişaf etdirilməsi, turistlərə milli parkların əlçatan və əlverişli çatdırılması və digər fəaliyyətlərdir. Azərbaycan Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun bu istiqamətdə daha bir fəaliyyəti isə Kiçik Qafqaz sıra dağları istiqamətində 8 yeni ekoturizm marşrutunu yaratmaq olmuşdur. Bu marşrutlar Gəncə, Qazax, Gədəbəy, Tovuz kimi rayonların ucqar dağ kəndlərini əhatə etməkdədir və gələcəkdə Gürcüstanla birləşdirilərək Qafqazı kəşf etmək istəyən təbiət turistlərinin istifadəsinə veriləcəkdir.
  • Ölkənin ekoturizm potensialının sosial və internet mediada təbliğində hansı innovativ metodlardan istifadə edilməlidir?
  • Dünya təcrübəsi göstərir ki, təbiət turizminə maraqlı olan turistlər individualdır və öz səyahətlərini özləri qərarlaşdırırlar. Bu istiqamətdə bir çox ekoturizm portalları və tətbiqləri mövcuddur ki, burada təbiət marşrutlarının bütün texniki göstəriciləri yerləşdirilir. Lakin son dövrlərdə bu cür platformalarla yanaşı, sosial mediya və veb platformalara da rast gəlmək mümkündür.
  • Ekoturizm potensialımızın sosial və internet mediada təbliğində innovativ metodlardan istifadə edilməsi yönündə Agentliyin fəaliyyəti və planları barədə məlumat verməyinizi istərdik.
  • Təbiət marşrutlarının turistlərə əlçatan olması və individual istifadəsini təmin etmək məqsədilə Azərbaycan Turizm bürosu araşdırma etmiş və dünyada tanınan onlayn platformalarda Böyük Qafqaz silsiləsi üzrə yaradılmış dağ piyada marşrutlarını yerləşdirmişdir. Bu platformalara misal olaraq wikilog.com, www.endemondo.com, www.alltrails.com, www.mapmyhike.com, www.viewranger.com portallarını göstərmək olar. Bu onlayn portallarda dağ piyada marşrutlarının texniki göstəriciləri, yürüyüşü təmin etmək üçün gpx kordinatlar, marşrutun xəritəsi yer almaqdadır. Gələcəkdə Azərbaycan Turizm Bürosu bütün Azərbaycan boyu dağ piyada marşrutlarının təbliğatı məqsədilə vahid portalın yaradılmasını nəzərdə tutmuşdur.
шаблоны для dle 11.2
Tarix: 3-08-2020, 15:27







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?