“TANAP Türkiyə və Azərbaycanın iş birliyilə ortaya çıxan nəhəng layihədir” A- / A+
Xəbər verildiyi kimi, noyabrın 30-da Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə baş tutan mərasim soydaşlarımızın da sevincinə səbəb olub. Qeyd edək ki, açılış mərasiminə Dünya Azərbaycanlıları Platformasının (DAP) rəhbəri Samir İskəndərov və DAP-ın Azəbaycan nümayəndəliyinin rəhbəri Mehriban Paşayeva da qatılıblar. DAP-ın Azəbaycan nümayəndəliyinin rəhbəri Mehriban Paşayeva açılış mərasimi ilə bağlı təəssüratlarını "News12.az"a bölüşərək bildirib ki, TANAP prioriteti insan, ətraf, iş sağlamlığı və təhlükəsizliyi olan layihədir: “Belə bir möhtəşəm açılışda iştirak etmək qürurverci haldır. TANAP iki qardaş ölkə-Türkiyə və Azərbaycanın iş birliyilə ortaya çıxan nəhəng layihədir. Prezident İlham Əliyevin öz çıxışında qeyd etdiyi kimi, TANAP-ın əsas texniki və maliyyə yükünü Azərbaycan və Türkiyə öz üzərinə götürmüşdür. Bu layihə Azərbaycanın və Türkiyənin gücünə güc qataraq mövqeylerinin daha da güclənməsinə kömək olacaq. Türkiyə-Azərbaycan münasibətlərinin daha güclü əlaqələrlə bir-birinə bağlanmasını arzu edirəm”.
шаблоны для dle 11.2
Tarix: 4-12-2019, 18:29







TAM XƏBƏR
Facebook
Foto

Məmmədəliyevin hüzr mərasimində

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?