Mariya Suvorovskaya: “Forumda qarşıdakı iki günlük intensiv iş bir ildən çox müddətdə həyata keçiriləcək bir çox biznes layihələrini təsvir edəcək”
Xəbər verildiyi kimi, 22-23 noyabr 2019-cu il tarixində Moskvada Onuncu Rusiya-Azərbaycan Regionlararası Forumu keçiriləcək. Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təşkil olunacaq forumun məqsədi iki ölkənin bölgələri arasında işgüzar əlaqələri inkişaf etdirməkdir. Rusiyanın “Business-Dialog Media” nəşriyyat və kommunikasiya qrupunun baş icraçı direktoru, ekspert Mariya Suvorovskaya bu forum haqda bildirib ki, müzakirə platformaları, forumlar, konfranslar və sərgi layihələri işgüzar əməkdaşlığın hərəkət etdiyi sosial körpülərdir: “İşdə, dostluq kimi sazişlər şirkətlər arasında deyil, insanlar arasında yaranır. Bu baxımdan Onuncu Rusiya-Azərbaycan Regionlararası Forumu öz səmərəliliyini sübut edir. Bu, həm sənaye, həm də humanitar əməkdaşlıq üçün dövlətlər arasında açıq müzakirə və planlar qurmaq üçün bir fürsətdir. Bura Rusiya və Azərbaycan dövlət, iş adamları, ictimaiyyət nümayəndələri üçün görüş yeridir. Belə bir dialoq içərisində gələcəyin doğulmasıdır. İqtisadiyyat və xalq diplomatiyası həmişə əl-ələ verir. Forumda qarşıdakı iki günlük intensiv iş bir ildən çox müddətdə həyata keçiriləcək bir çox biznes layihələrini təsvir edəcəkdir. “World Business Guide-Azerbaijan” jurnalı forumda açıq studiya formatında işləyəcək. Noyabrın 23-də isə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə informasiya və strateji tərəfdaşlıq haqqında müqavilə imzalayacağıq”.
Tarix: 20-11-2019, 13:09

Digər xəbərlər
Ermənistan diaspor dayağını necə itirib?
Azərbaycanın dövlət bayrağı yenidən Krasnoyarsk aeroportunda dalğalanır
Norveçdəki Azərbaycan diasporu ermənilərin qarayaxma kampaniyası ilə mübarizə aparır