
O, irlandiyalının qələbə qazanana qədər mübarizə aparmaq istədiyini deyib.
Mendes qeyd edib ki, Həbib yüngül çəkidə UFC çempionudur. O, belə bir döyüşün baş verməsinə icazə verməyəcəyini, irlandın intiqam almaq istədiyini söyləyib.
Həbib 2018-ci ilin oktyabrında Makqreqorla dueldə UFC kəmərini qorudu. Dördüncü turda irlandiyalını təslim olmağa məcbur etdi. Döyüşdən sonra hər iki idmançının iştirakı ilə bir dava başladı. Bundan sonra həm Makqreqor, həm də Nurməhəmmədov diskvalifikasiya edildi və pul cərimələri aldılar.
İrlandiyalı sonuncu dəfə oktaqonda yanvar ayında görünüb. Həmin matçın 40-cı saniyəsində amerikalı Donald Serroneni nokauta salıb. İyunun 7-də isə Konor Makqreqor karyerasını başa vurduğunu açıqlayıb.
Tarix: 4-09-2020, 13:37

Digər xəbərlər
Ermənistan diaspor dayağını necə itirib?
Azərbaycanın dövlət bayrağı yenidən Krasnoyarsk aeroportunda dalğalanır
Norveçdəki Azərbaycan diasporu ermənilərin qarayaxma kampaniyası ilə mübarizə aparır