
"Report" "Fotospor" nəşrinə istinadən xəbər verir ki, İstanbul təmsilçisinin baş məşqçisi Fatih Terim komandasına dayaq yarımmüdafiəçisi və pleymeyker qatmaq niyyətindədir.
67 yaşlı mütəxəssis Türkiyə Super Liqasında komanda sayının artmasını əsas gətirərək, transferlərdə tələsmək istəmir. Terim bu məsələlərlə bağlı səhv etmək istəmədiyini və əsl fürsətlərin oktyabrın ilk 5 günündə ortaya çıxacağını deyib.
"Qalatasaray" Superliqada ilk üç oyununda "Qaziantep" (13 sentyabr), "Başakşehir" (20 sentyabr) və "Fənərbağça" (27 sentyabr) ilə üz-üzə gəcələk. "Sarı-qırmızılar" yeni transferləri həmin oyunlara kimi gerçəkləşdirməyi düşünmür. Fatih Terim bunun etirazla qarşılanacağı ehtimalına belə reaksiya verib: "Mənim üçün derbidə uduzmaq önəmli deyil. Vacib olan liqada çempion olmaqdır".
Qeyd edək ki, sentyabrın 17-də "Bakcell Arena"da oynanılacaq "Neftçi" - "Qalatasaray" qarşılaşması saat 20:00-da başlayacaq.
Tarix: 2-09-2020, 11:54

Digər xəbərlər
Norveçdəki Azərbaycan diasporu ermənilərin qarayaxma kampaniyası ilə mübarizə aparır
Ermənistan diaspor dayağını necə itirib?
Azərbaycanın dövlət bayrağı yenidən Krasnoyarsk aeroportunda dalğalanır