AFFA hakimə təpik atan məşqçini cəzalandırdı A- / A+
 
“Xəzər Lənkəran”ın U-17 komandasının baş məşqçisi Ağadadaş Həmidov cəzalanıb.
 
News12.az-ın məlumatına görə, AFFA-nın İntizam Komitəsi bugünkü iclasında məşqçinin U-17 Liqasının oyunu zamanı yol verdiyi hərəkəti müzakirə edib.
 
Həmidov “Xəzər Lənkəran” - “Qarabağ” oyununun 87-ci dəqiqəsində köməkçi hakimi təhqir etdiyi üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. Qarşılaşmanın 90-cı dəqiqəsində yenidən meydana daxil olan çalışdırıcı köməkçi hakimə fiziki təzyiq göstərib, ayaqla zərbə endirib. AFFA hakimi təpikləyən məşqçini 20 oyun cəzalandırıb.
шаблоны для dle 11.2
Tarix: 3-03-2020, 14:43



Digər xəbərlər




      TAM XƏBƏR
      Facebook
      Foto

      Geoloji parklarda ovçuluq qadağan edildi

      Son xəbərlər
      Sorğu

      Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?