Azərbaycanlı əlillər beynəlxalq festivalın qalibi oldular -FOTOLAR A- / A+

 


İstedadlı Əlillər İctimai Birliyinin üzvləri Gürcüstanın Rustavi şəhərində keçirilən “IVERIA - DIAMOND – 2019” adlı Beynəlxalq Festivalın qalibi olublar.


News12.az xəbər verir ki, festivalda Azərbaycan, Almanıya, İzrayil, Gürcüstan, Ukrayna, Ermənistandan müxtəlif fiziki imkanları məhdud olan ist edadlı insanlar iştrak etmişlər. Azərbaycanı təmsil edən İstedadlı Əlillər İçtimai Birliyinin və Əlil Velosipedçilərə Dəstək İctimai Birliyinin üzvləri Bəhlul Əliyev, Aysel Əlizadə, İlqar Əhmədov, Mehrac Dünyamalıyev, Amid Həsənquluyev ilə birlikdə Milli Paralimpiya Komitəsinin əlil arabasında rəqs idmanı üzrə idmançıları Rəsul Zəkiyev və Diana Şahbazova gözəl ifaları ilə yüksək qiymətləndirilmişlər və “Qran Pri”yə sahib olmuşlar. Beynəlxalq tədbirdə Azərbaycan Xalq mahnısı olan Sarı gəlini Azərbaycan nümayəndə heyətinin istedadlı üzvü Mehrac Dünyamalıyev ifa etmişdir və festivalın aparıcısı tərəfindən "Sarı gəlin" mahnısının Azərbaycan Xalq mahnısı olduğunu və UNESCO tərəfindən qəbul edildiyi qeyd edilmişdi. Beləliklə, növbəti 2020 –ci ildə “Odlar Yurdu, Bakı -2020" adlı mahnı, rəqs və incəsənət Beynəlxalq festivalına ev sahibliyi edəcək.
“IVERIA – DİAMOND -2019”  əlillər üçün beynəlxalq mahnı, rəqs və incəsənət festivalında iştrakçılarımızın və nümayəndə heyətinin iştrak etməsi üçün Birliyimizə maddi dəstəyə görə Azərbaycan Dəmir Yolları QSC-nin sədri, Millət Vəkili Cavid Qurbanova, Abşeron Rayon İcra Hakimiyətinə, təşkilati dəstəyə görə Milli Paralimpiya Komitəsinə, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasına, Əlil Velosipedçilərə Dəstək İctimai Birliyinə , İnformasiya dəstəyi üçün ARB televiziya kanalına İstedadlı Əlillər İctimai Birliyi adından təşəkkürümüzü bildiririk.

İstedadlı Əlillər İctimai Birliyinin mətbuat xidməti



 
шаблоны для dle 11.2
Tarix: 8-10-2019, 16:21







TAM XƏBƏR
Facebook
Foto

Məmmədəliyevin hüzr mərasimində

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?