Azərbaycanda oynayan ən bahalı futbolçu müəyyənləşdi - SİYAHI A- / A+

Azərbaycanda oynayan ən bahalı futbolçu müəyyənləşdi -SİYAHI


Topaz Premyer Liqasında çıxış edən ən bahalı futbolçular müəyyənləşib.

News12.az fanat.az-a istinadən xəbər verir ki, "Transfermarkt" qış fasiləsindən sonra futbolçuların transfer qiymətlərini müəyyənləşdirib.

Ölkəmizdə çıxış edən ən bahalı futbolçuların böyük əksəriyyəti "Qarabağ"ın formasını geyinir. Belə ki, dəyəri 1 milyon avrodan artıq olan 9 futbolçudan 8-i Ağdam klubunda çıxış edir. İlk "onluq"da son çempionun 8 futbolçusu yer alıb.

Yerli futbolçulardan Maksim Medvedev, Bədavi Hüseynov, Qara Qarayev və Mahir Mədətov dəyərini 1 milyon avroya çatdıraraq "onluq"da yer alıb. Bundan başqa millimizin üzvü Riçard Almeyda "Qarabağ"dakı komanda yoldaşı Filip Ozobiçlə siyahıya başçılıq edir.

1. Riçard Almeyda (Qarabağ) - 1.500.000 avro
2. Filip Ozobiç (Qarabağ) - 1.500.000 avro
3. Maksim Medvedev (Qarabağ) - 1.200.000 avro
4. Simeon Slavçev (Qarabağ) - 1.200.000 avro
5. Abdullah Zubir (Qarabağ) - 1.200.000 avro
6. Badavi Hüseynov (Qarabağ) - 1.000.000 avro
7. Qara Qarayev (Qarabağ) - 1.000.000 avro
8. Mahir Mədətov (Qarabağ) - 1.000.000 avro
9. Stiven Monroz (Qəbələ) - 1.000.000 avro
10. Baqali Dabo (Neftçi) - 800.000 avro
11. Donald Qerye (Qarabağ) - 750.000 avro
12. Miçel (Qarabağ) - 750.000 avro
13. Dani Kintana (Qarabağ) - 750.000 avro
14. Kiril Petrov (Neftçi) - 750.000 avro
15. Voyislav Stankoviç (Qəbələ) - 750.000 avro
16. Sabien Lilay (Qəbələ) - 750.000 avro
17. Ceyms Adeniyi (Qəbələ) - 750.000 avro
18. Mirabdulla Abbasov (Neftçi) - 650.000 avro
19. Yakub Jezniçak (Qarabağ) - 600.000 avro
20. Con Delarj (Qarabağ) - 600.000 avro
21. İnnosent Emeqara (Qarabağ) - 600.000 avro
22. Səlahət Ağayev (Neftçi) - 600.000 avro
23. Emin Mahmudov (Neftçi) - 600.000 avro
24. Soni Mustivar (Neftçi) - 600.000 avro
25. Vanderson Naskimento (Sabah) - 600.000 avro
26. Coşqun Diniyev (Sabah) - 600.000 avro
27. Cavid İmamverdiyev (Sabah) - 600.000 avro

шаблоны для dle 11.2
Tarix: 24-02-2019, 15:10



Digər xəbərlər




      TAM XƏBƏR
      Facebook
      Foto

      Məmmədəliyevin hüzr mərasimində

      Son xəbərlər
      Sorğu

      Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?