
DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi insan alveri ilə məşğul olan qadını həbs edib.
KANAL 5-in əldə etdiyi məlumata görə Salyan rayon sakini Gülməmmədova Mədinə Məhəmməd qızı cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının vətəndaşı olan G.Y-nı (adı şərtidi) dövlət sərhəddindən keçirdib İran İslam Respublikasına apararaq cinsi istismara məruz qoyması faktı DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ifşa edilmişdir. Faktla bağlı başlanılmış cinayət işi üzrə istintaq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mirzə Xankişiyevin sədrliyi ilə keçirilmiş məhkəmənin hökmünə əsasən Gülməmmədova Mədinə Məhəmməd qızı Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, və 144-1.2.4-1-ci maddələrində nəzərdə tutulmuş 62-ci maddəsi tətbiq olunmaqla 1 il, 6 ay müddətdə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
Tarix: 3-11-2020, 12:47

Digər xəbərlər
Daşkənddəki Beynəlxalq Britaniya məktəbində “Xalqların adət-ənənələri və milli mətbəxi” adlı xeyriyyə festivalı keçirilib
Nizami Qocayev: “Müharibə əlilləri və şəhid ailələrinə hər zaman qayğı göstəririk”
Niderland portalı Xocalı soyqırımından yazır
Tatarıstanın Leninoqorsk şəhərində Xocalı faciəsi qurbanları anılıb