Baş idarə insan alveri ilə məşğul olan qadını həbs etdi A- / A+
 
DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi insan alveri ilə məşğul olan qadını həbs edib.
NEWS12.AZ-in əldə etdiyi məlumata  görə  İmişli rayon sakini Mənəfli Tünzalə Mübariz qızı  cinsi istismar edilməsi məqsədi  ilə  Azərbaycan Respublikasının vətəndaşı olan qadınları dövlət sərhəddindən keçirddikdən sonra  Türkiyə Respublikasının Tokat Vilayətinə  apararaq cinsi istismara məruz qoyması faktı  DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ifşa edilmişdir. Faktla bağlı başlanılmış cinayət işi üzrə istintaq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi  Zeynal Ağayevin sədrliyi ilə keçirilmiş məhkəmənin hökmünə əsasən Mənəfli Tünzalə Mübariz qızı Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, və 144-1.2.4-1, 144-1.2.5-ci   (insan alveri) maddələri ilə təqsirli bilinərək 8 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
шаблоны для dle 11.2
Tarix: 26-10-2020, 17:31







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?