Həkim: "Bəhram Bağırzadənin səhhətində heç bir dəyişiklik yoxdur" A- / A+
 

“Əməkdar artist Bəhram Bağırzadənin vəziyyəti kritik stabil ağır olaraq qalır və heç bir dəyişiklik yoxdur”.


Bunu “Report”a açıqlamasında Mərkəzi Gömrük Hospitalı rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib.


Qeyd edək ki, Azərbaycanın əməkdar artisti Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən əvvəl müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.


Əməkdar artistin 90%-dən çox ağciyər toxumasının zədələndiyindən onu ECMO cihazına qoşublar.


B.Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.


Xatırladaq ki, ECMO ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.

шаблоны для dle 11.2
Tarix: 22-06-2020, 12:26



Digər xəbərlər




      TAM XƏBƏR
      Facebook
      Foto

      Geoloji parklarda ovçuluq qadağan edildi

      Son xəbərlər
      Sorğu

      Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?