Bakıda məşhur baş həkimi döydülər A- / A+


 
Bakıda iranlı həkim döyülüb.

News12.az
xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb. İran vətəndaşı, 1969-cu il təvəllüdlü Kazemi Behnam Əli oğlu Yasamal rayon Polis Şöbəsinə müraciət edərək ötən gün  həkim işlədiyi “Starmed” klinikasında Bakı şəhər sakini 1945-ci il təvəllüdlü Xəlil Musayev tərəfindən döyüldüyünü bildirib.

Behnam Kazemi APA-ya bildirib ki, o, "Starmed" klinikasının baş həkimi və cərrahıdır. Onu döyən isə klinikanın yerləşdiyi binanın sahibidir:

"Bizim aramızda baş verən mübahisəyə onun heç bir əsas gətirmədən məni binadan çıxarması səbəb oldu. Mən icarə pulunu ödəmişəm. Lakin buna baxmayaraq o, bütün avadanlıqlarımı binadan çölə atıb. Bu azmış kimi bir də məni döyüb".

B.Kazemi hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verdiyi qeyd edib.
шаблоны для dle 11.2
Tarix: 24-10-2019, 12:04



Digər xəbərlər




      TAM XƏBƏR
      Facebook
      Foto

      Məmmədəliyevin hüzr mərasimində

      Son xəbərlər
      Sorğu

      Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?