Sərdar Cəlaloğlunun həbsdə olan bacısı oğlu yenidən məhkəmə qarşısında A- / A+

 

Bakı Apellyasiya Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən “Baku news” saytının rəhbəri Mirkənan Seyidov və “infoplyus.tv” saytının rəhbəri Cəlal Məmmədovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
 

Hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.  
 
Məhkəmənin növbəti iclası oktyabrın 21-nə təyin edilib.
 
İttiham aktına əsasən, M.Seyidovla C.Məmmədov “Antalya Mehman” ləqəbi ilə tanınan Mehman Həsənova qarşı hədə-qorxu ilə pul tələb ediblər.
 
İstintaq dövründə jurnalistlərin barəsində polisin nəzarəti qətimkan tədbiri seçilib.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Məmmədov 5 il 3 ay və M.Seyidov isə beş il müddətinə azadlıqdan məhrum edilib. Barələrində seçilmiş polisin nəzarəti qətimkan tədbiri ləğv edilib və jurnalistlər məhkəmə zalından həbs olunub. Hökmdən narazı olan məhkumlar apellyasiya şikayəti veriblər.
 
Xatırladaq ki, M.Həsənov da qadınları fahişəliyə cəlb etmədə təqsirli bilinərək həbs edilib.
 
Təqsirləndirilən M.Seyidov ADP sədri Sərdar Cəlaloğlunun bacısı oğludur. (Oxu.az)
шаблоны для dle 11.2
Tarix: 8-10-2019, 12:08







TAM XƏBƏR
Facebook
Foto

Məmmədəliyevin hüzr mərasimində

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?