Qardaşına görə ürəyindən vurulan Qəribovun ölümünə görə məhkəmə işi - kütləvi davanın TƏFƏRÜATI A- / A+


Kütləvi davada iştirak edən və bir nəfərin ölümünə səbəb olmaqda ittiham edilən gənclər hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda və qətl törətməkdə təqsirləndirilən Şamil Fətiyev, Nurlan Bağırov və Səddam Hüseynlinin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Kalbalıyev Asif ifadə verib.

Şahid deyib ki, hadisə baş verən zaman işdən evə gəlirmiş. O, kütləvi dava baş verən zaman orada olduğunu söyləyib:

"Mən gələndə artıq bir dəfə dava olmuşdu. Rəhmətlik Rauf bu uşaqlarla danışırdı. Soruşurdu ki, qardaşını kim vurub? Səddamgil vurduqlarını dedilər, buna görə də üzrxahlıq etdilər. Elə ara sakitləşmişdi ki, Raufun döyülən qardaşı Firudin gəldi. Firudinin sifətində xəsarətlər var idi. Rauf bunu görüb qəzəbləndi və mübahisə yenidən başladı".

Suallara cavab verən Asif Kalbalıyev növbəti davada ilk zərbəni mərhumun vurduğunu deyib: "Sonrasını xatırlamıram. Çünki ara qarışdı, heç kimi görmədik. Bir onu eşitdim ki, Firudin dedi ki, qardaşımın ürəyi dayandı".

Məhkəmə araşdırması davam etdirilir.

Qeyd edək ki, hadisə ötən il avqustun 27-də baş verib. Taksi sürücüsü işləyən 1989-cu il təvəllüdlü Rauf Qəribov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə qətli törətməkdə şübhəli bilinən paytaxt sakini Ş.Fətiyev, N.Bağırov və S.Hüseynli saxlanılıb.

Məlumata görə, R.Qəribov Füzuli rayonundan məcburi köçkündür və Nizami rayonu ərazisindəki məcburi köçkünlərin məskunlaşdığı 8 saylı yataqxanada yaşayıb.

R.Qəribovun qardaşı 1991-ci il təvəllüdlü Firudin Qəribovun avqustun 14-də, gecə saatlarında rayon ərazisində olan parklardan birində Ş.Fətiyev və digər şəxslərlə mübahisəsi düşüb. Mübahisəyə səbəb söyüş olub.

Həmin şəxslər F.Qəribovu döyüb. F.Qəribov hadisə yerindən qardaşı Rauf Qəribova zəng vuraraq onu köməyə çağırıb. R.Qəribov hadisə yerinə gəlib. Dava zamanı Ş.Fətiyev Rauf Qəribovu ürək nahiyəsindən bıçaqlayıb. R.Qəribov "Azərsutikinti" xəstəxanasına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Davada Qəribov qardaşlarından əlavə daha 5 nəfər də xəsarət alıb. Onlar Rauf Qəribovun yanında olan tanışları imiş.

Bu davaya görə daha bir nəfər həbs edilib və onun işi ayrıca icraata verilib. O, Şahmar İsazadədir. Şahmar yuxarıda adları çəkilən şəxslərin dostu olub və Qəribov qardaşlarının döyülməsinə iştirak edib.

Onun cinayət işi də Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.

Hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən məhkəmə iclasında məhkəmə istintaqının başa çatdığı elan edilib.

Məhkəmə iclasında dövlət ittihamçısı çıxış edərək Şahmar İsazadənin 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Prokuror tərəflər arasında barışıq əldə edildiyini, Şahmar İsazadənin ilk dəfə cinayət əməli törətdiyini bildirib.

Müdafiəçi Xəqani Məmmədov müdafiə çıxışında məhkəmədən Şahmar İsazadənin gənc olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmişlərlə barışıq əldə edilməsini nəzərə almağı xahiş edib. Vəkil müdafiə etdiyi şəxs barəsində şərti cəza təyin edilməsini istəyib.

Məhkəmə müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən Şahmar İsazadə 3 il müddətinə azadlıqdan məhrum edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilib. Ş.İsazadə şərti cəza alıb və məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Ş.İsazadə Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilirdi.

İlkin Muradov
Musavat.com

шаблоны для dle 11.2
Tarix: 20-08-2019, 12:45



Digər xəbərlər




      TAM XƏBƏR
      Facebook
      Foto

      Məmmədəliyevin hüzr mərasimində

      Son xəbərlər
      Sorğu

      Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?