İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi həkimlərin maaşını kəsdi A- / A+
 
Azərbaycan dövlətinin yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizəsi bütün dünya dövlətləri üçün bir örnək ola bilər. Prezident İlham Əliyev başda olmaqla bu pandemiya ilə mübarizə tədbirləri hər bir Azərbaycan vətəndaşı tərəfindən alqışlanır və bəyənilir. 
Bu təhlükəli virusla mübarizədə öndə olan insanlardan bir qrupuda həkimlərdir. Azərbaycan dövləti həkimlərin fədakar əməyini nəzərə alaraq yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə qərar verdi. Baş Nazir Əli Əsədovun imzaladığı qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavənin məbləği aşağıdakı kimi müəyyən edilib:
- tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə - aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində;
- təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə - aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində;
- pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə - aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində.
- Bu Qərarın 1-ci hissəsində göstərilən müddətli əlavə iş vaxtına mütənasib olaraq 2020-ci il martın 1-dən iyunun 1-dək olan müddət üçün ödənilir.
Ancaq təssüflər olsun ki, nədənsə bütün polikilinkalarda baş həkimlərin,onların müavinlərinin və həkimlərin maaşları artımlara birlikdə verilsədə polikilinkalarda çalışan şöbə müdirlərinin maaşlarına artım nəzərdə tutulmayıb. Baxmayaraq ki, şöbə müdirləri eyni qaydada bayram günləri və gecə növbələri də daxil olmaqla işə cəlb olunublar.
Bu barədə saytımıza bir neçə yerdən məlumat daxil olub. 
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi heç bir əsas gətirmədən poliklinikalarda çalışan şöbə müdirlərinin əmək haqqlarını artımla vermək istəmir. 
Mövzu diqqətimizdədir və araşdırmalarımız davam edir.
шаблоны для dle 11.2
Tarix: 6-05-2020, 17:42







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?