Rusiya Azərbaycanlıları İttifaqının yaranmasından bir il ötür A- / A+
 
Fizuli Məmmədov: “Bu çətin gündə də Azərbaycan xalqının və dövlət başçısının yanındayıq”
Bu gün diaspor sahəsi Azərbaycan üçün strateji əhəmiyyət daşıyır. Ölkə həqiqətlərinin xaricdə tanıdılması, eyni zamanda dövlətin xarici siyasi strategiyasına dəstək üçün diaspor mühüm amildir. Xarici ölkələr arasında ən çox soydaşımız Rusiyada yaşayır. Uzun illər Rusiyada Ümumrusiya Azərbaycanlıları Konqresi fəaliyyət göstərib. Amma bu təşkilatın qeydiyyatının ləğv edilməsindən sonra Azərbaycanın Rusiyadakı diaspor fəaliyyətində bir boşluq yarandı.
Bu boşluğu doldurmaq vacib şərt idi və belə bir zəruri məqamda 2019-cu il aprelin 27-də Dünya Azərbaycanlıları İttifaqının və Ümumdünya Azərbaycan Mədəniyyət Fondunun prezidenti, iş adamı Füzuli Məmmədovun təşəbbüsü ilə Rusiya Azərbaycanlıları İttifaqı (RAİ) quruldu. RAİ Ümumdünya Azərbaycan mədəniyyət Fondu və Dünya Azərbaycanlıları İttifaqının təşkilatçılığı ilə Moskvada keçirilən Rusiya Azərbaycanlılarının I Forumunda təsis edildi. Forumun iştirakçıları – Rusiyanın 56 regionunda dövlət qeydiyyatından keçmiş Azərbaycan diaspor təşkilatlarının rəhbərləri və təmsilçiləri yeni təşkilatın Prezidenti vəzifəsinə yekdilliklə Fizuli Məmməd oğlu Məmmədovu seçiblər.
Ciddi və məsuliyyətli vəzifənin altına girən RAİ bu bir ildə nə ilə yadda qaldı?
Xatırladaq ki, RAİ bir il müddətində bir sıra layihələrə imza atıb, müxtəlif tədbirlər keçirib, uğurlu məsafə qət edib.
Rusiya azərbaycanlıları İttifaqı çoxşaxəli fəaliyyəti ilə seçilir. Təşkilat ilk növbədə Rusiya və MDB ölkələrində Azərbaycan xalqının zəngin tarixi irsini qoruyub və tanıdılması yolunda çoxsaylı sosial-mədəni və maarifləndirici tədbirlər həyata keçirir.
RAİ-nin fəaliyyətə başlamasının ilk 6 ayı ilə bağlı hesabatında çoxsaylı tədbirlərin və müxtəlif aksiyaların təşkil olunması qeyd olunur.
Bunlara RAİ-nin təşəbbüsü və təşkilatçılığı ilə Böyük Vətən Müharibəsindəki Qələbənin 74 cü ildönümü münasibətilə Moskva vilayətinin Ximki şəhərində yerli milli mədəni muxtariyyətlə birgə təntənəli bayram tədbiri, Özbəkistanın paytaxtı Daşkənddə şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə klassik musiqi gecəsi, Novosibirskdə Azərbaycan Xalq Cümhuriyyətrinin 101 və Heydər Əliyevin 96-cı ildönümü münasibətilə silsilə tədbirlər, Moskvada Azərbaycanın Respublika Günü, “Azərbaycansayağı çay dəstgahı” adlanan kulinariya tədbiri, Kazanda Qızıl Ordanın 750 illiyi münasibətilə elmi – təqdiqi konfransı, Maqadanda, Arxangelskdə, Maxaçkalada Azərbaycan Respublikasının Müstəqillik Günü ilə bağlı tədbirləri, Moskvada Qafqaz yerli süvari diviziyasının 105 illiyinə həsr edilmiş “Vəhdət və rəşadət. Vəhşi diviziya tarix və mədəniyyətdə” adlı təntənəli müşavirəni, Voronejdə İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr edilmiş ədəbiyyat gecəsini və digər tədbirləri göstərmək olar.
RAİ-nin fəaliyyət istiqamətlərindən biri də xeyriyyəçilikdir.
Rusiya Azərbaycanlıları İttifaqı təsis edilənə qədər Füzuli Məmmədov bir il müddətində onlarla Qarabağ qazisi və şəhid ailəsini mənzillərlə təmin etməklə müasir Azərbaycan və diasporu tarixində ilkə imza atıb, xeyriyyəçiliyi ilə fərqlənib. RAİ Prezidenti olaraq Füzuli Məmmədov Ermənistan – Azərbaycan müharibəsi qazilərinin Türkiyə və Azərbaycanın tibb mərkəzlərində müalicə xərclərini ödəyib. O qaziləri Türkiyənin məşhur klinikalarına gedərkən şəxsən müşaiyət edib, müayinə zamanı onlarla bərabər olub. 6 ay ərzində Aqil Əhmədov, Hüseyn Həsənov, Fərəc Cəfərov (Türkiyə, Acı Badəm klinikası)
Rövşən Cəfərov kimi qazilərimizin (Azərbaycan, DİN hospitalı) müayinəsi və müalicəsinə maliyyə yardım edib.
RAİ qazilər və şəhid ailələri ilə bərabər ehtiyacı olan müxtəlif sosial statuslu vətəndaşlara, o cümlədən istedadlı azyaşlı və gənclərə də yardım əlini uzadıb.
Onkoloji xəstəliyə yoluxmuş jurnalist Aydın Mehdiyevin Moskvada davamlı müalicəsi və Nyu Yorka qabaqcıl klinikaya köçürülməsi və müalicə xərcləri, yeniyetmə Rza Əliyevin Acı Badəm klinikasında müayinə xərcləri, jurnalist Pərvanə Hüseynovanın Bakıda və Türkiyənin Acı Badəm klinikasında müalicə xərcləri, Moskvada əmək miqrantı kimi çalışan Orxan Hüseynovun müalicə xərcləri (Vəsait olmadığı təqdirdə gənc soydaşımızın qolu dirsəkdən amputasiya ediləcəkdi), Qarabağ qazisi Etibar Quliyevin qızı Nərmin Quliyevanın tibbi əməliyyat xərcləri ödənilib.
Ramazan ayında RAİ Prezidenti Füzuli Məmmədovun şəxsi vəsaiti ilə Moskva və Moskva vilayəti, Bakı, Kalininqrad, Ryazan, Novosibirsk, Kirov şəhərlərində dəfələrlə iftar süfrələri təşkil edilib.
Çeçenistanda təşkil edilən “Kim, Harda, Nə vaxt” beynəlxalq turnirində Azərbaycanın “Qarabağ” komandasının iştirakına maddi və təşkilati dəstək edilib.
Azyaşlı çapar Gülay Fərzəliyevanın müraciəti əsasında ona Qarabağ cinsindən olan at hədiyyə edilib. Qeyd edək ki, Gülay Fərzəliyeva atda göstərdiyi fəndlərlə Azərbaycanı dünyaya tanıdır.
RAİ davamlı olaraq orijinal layihələr reallaşdırır.
Bundan başqa təşkilat idman tədbirləri həyata keçirir. İdmançılara dəstək Rusiya Azərbaycanlıları İttifaqının əsas fəaliyyət istiqamətlərindən biridir. Bu sahədə RAİ həm də quruculuq işləri ilə seçilir.
RAİ hər bir azərbaycanlı üçün böyük mənası olan “Mübariz” adında idman döyüşçü klubunu təsis edib. 8 noyabr 201- cu il tarixindən etibarən “Mübariz” hüquqi şəxs kimi Rusiyanın Vahid dövlət Reyestrinə daxil edilib. Klubun ilk bölməsi artıq Tula şəhərində açılıb və fəaliyyət göstərir. Avropa və MDB dövlətlərində, həmçinin Rusiyada “Mübariz” klubunu açmaq istəyənlər RAİ yə müraciət edə bilərlər. Müraciət edildiyi təqdirdə RAİ açılacaq idman zalının 3 aylıq icarə haqqını və onu çeşidli idman inventarı ilə təmin etməyi öz üzərinə götürür.
RAİ keçən zaman ərzində bir çox Azərbaycanlı idmançıların mühüm idman yarışlarında iştirakını təmin edib.
Məşhur kikboksçu Alim Nəbiyevin Patrik Dumbe ilə qarşılaşmasına maddi və təşkilati dəstək edilib. Araz Məmmədov və Samir Abdullayevin Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə təşkil edilən beynəlxalq turnirdə iştirakına maddi və mənəvi dəstək (Bakı), RAİ adından rinqə çıxan özbək əsilli Şer Mamazulunovun beynəlxalq turnirdə iştirakına maddi və mənəvi dəstək (Kazan), Rusiya Federasiyası ilə Çin Xalq Respublikası arasında diplomatik münasibətlərin 70 illiyinə həsr olunan kikboqsinq üzrə Moskvada keçrilən beynəlxalq turnirdə Xəyal Canıyev iştirakına maddi və təşkilati dəstək (Moskva).
RAİ daim milli maraqları prioritet sayıb, milli maraqların müdafiəsi ilə bağlı çoxsaylı addımlar atıb.
RAİ Rusiyada milli münaqişə yaratmaq istəyən qüvvələrə qarşı mübarizə aparmaqla dəfələrlə bu kimi təxribatlara qarşı bəyanatlar və müraciətlər edib.
Bunlara misal olaraq Meqafon mobil operatorunun Azərbaycanın ərazi bütövlüyünü pozması ilə bağlı bəyanat, Rusiya Xarici İşlər Nazirliyinə və Rusiya Mədəniyyət Nazirliyinə erməni separatçılarının Rusiya təmsilçiləri ilə bərabər Azərbaycanın işğal edilmiş ərazisi olan Dağlıq Qarabağ haqqında film çəkməkləri ilə bağlı müraciət, Dövlət Dumasının deputatı Konstantin Zatulinin növbəti təxribatı ilə əlaqədar bəyanat, Krımda “Artsax” adlı rəqs ansamblının konsertini təxirə salmaq məqsədilə müraciət və Rusiyanın müvafiq instansiyalarına etiraz məktubları kimi addımları göstərmək olar.
RAİ insan haqları sahəsində baş verən insidentlərə laqeyd qalmayaraq, diaspor üzvlərinin hüquqlarının müdafiəsi işində xüsusi fəallığı ilə seçilib.
Rusiya Azərbaycanlıları İttifaqının Dağıstandakı təmsilçisinin oğlu Rauf Əzizovun həbsi ilə bağlı RAİ rəhbərliyi dəfələrlə KİV də çıxışlar edib. RAİ prezidenti Fizuli Məmmədov Rauf Əzizova açılan cinayət işinin saxta olduğunu bildirib. Təşkilat Rauf Əzizovun haqlarının müdafiə komitəsini yaradıb. Davamlı sivil mübarizənin nəticəsi olaraq Rauf Əzizova bəraət verilərək o azadlığa buraxılıb.
Rusiyada ümummilli dəyərlərlə bərabər, region amilinin də birləşdirici rol oynadığını nəzərə alan RAİ rəhbərliyi Moskvada Azərbaycanın müxtəlif rayonlarından olan iş adamları ilə görüşlər keçirib.
Rusiya Azərbaycanlıları İttifaqının azərbaycan və rus dillərində rusazunion.ru portalı fəaliyyət göstərir. RAİ-nin fəaliyyətini Dünya azərbaycanlıları İttifaqı və Ümumdünya Azərbaycan mədəniyyət Fondu da dəstəkləyir. Təşkilatın fəaliyyəti Azərbaycan və Rusiya KİV – nin də diqqət mərkəzindədir.
RAİ haqda Rusiya mətbuatında da yazılır və onun tədbirlərinə, bəyanatlarına istinadlar edilir. Təşkilatın fəaliyyəti dəfələrlə mediafax.ru, pravda.ru, kavkazuzel.ru redaksiyalarının diqqətini cəlb edib. Yandeksin bloqlarında Rusiya azərbaycanlıları İttifaqının fəaliyyətindən bəhs edilən yazıllar yayımlanıb.
RAİ gələcəkdə də öz Media Qrupunu təsis etmək və Youtube üzərindən peşəkar telelayihə yaratmağı nəzərdə tutub.
Növbəti yarımildə də RAİ müxtəlif addımlar atıb. Moskva, Kalininqrad, Ryazan, Velikiy Novqorod, Sankt – Peterburq, Voronej, Volqoqrad, Kirov, Kazan, Yaroslavl və Rusiyanın digər şəhərlərində həmvətənlərimiz Rusiya Azərbaycanlıları İttifaqının təmsilçisi kimi təsdiqlənib. RAİ Rusiyada İctimai və mədəni tədbirlər, Rusiyanın ictimai-siyasi qurumları ilə keçirilən mütəmadi görüş keçirib. Bu da Azərbaycvan diapsorunun Rusiyanın ictimai – siyasi həyatında daha fəal təmsil olunmasına xidmət edir. RAİ-nin qarşısında duran mühüm vəzifə azərbaycanlı gənclərin Rusiyanın istimai-siyasi, sosial, mədəni həyatına inteqrasiya etməsi və bu prosesdə onların milli-mənəvi dəyərlərimizi itirməməsinə çalışmaqdır. Rusiya cəmiyyətinə Azərbaycan gənclərinin daha sıx inteqrasiyası, təhsilin inkişaf etdirilməsinə, onların dövlət orqanlarında mühüm vəzifələrdə təmsil olunmasına RAİ tam gücü ilə dəstək verəcək. RAİ COVİD-19 pandemiyasına qarşı mübarizə ilə bağlı da önəmli addımlar atıb. Rusiya Azərbaycanlıları İttrifaqı və Dümnya Azərbaycan Mədəniyyət Fondunun prezidenti Füzuli Məmmədovun təşəbbüsü ilə yaradılmış operativ qərargaha dünyada yayılmaqda davam edən epidemiya ilə əlaqədar edilən müraciətlərin sayı artmaqdadır. Təşkilata ünvanlanan sorğu sırasında çətin vəziyyətdə qalmış yaşlı nəslin müraciətlərinə daha fəal şəkildə cavab verilməkdədir. Füzuli Məmmədovun göstərişi əsasında Sankt-Peterburq və Leninqrad vilayətindəki RAİ-nin nümayəndələri Naib Paşayev, Elçin Ağayev və Xəyal Nəsibov “Biz birlikdəyik” xeyriyyə aksiyasında iştirak ediblər. Təqaüdçülərə yardım göstərilərək, ərzaq səbətləri paylanılıb. Krasnodar və Novorossiysk, Samara, Voronej şəhərlərində,Tula, Kursk vilayətlərində, və Rusiyanın bir çox bölgələrində xeyriyyə aksiyaları keçirib. Füzuli Məmmədovun rəhbərlik etdiyi Rusiya Azərbaycanlıları İttifaqı və Dünya Azərbaycan Mədəniyyət Fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünyada epidemioloji durumla əlaqədar birləşmək çağrışını dəstəkləyib. Füzuli Məmmədovun təşəbbüsü ilə aprelin 10-dan Azərbaycan Respublikasının ərazisində xeyriyyə tədbirlərinə start verilib. Belə ki, ilk yardım və dəstək aksiyası Bakı şəhərinin Nərimanov rayonunda yerləşən Gözdən Əlillər cəmiyyəti üçün təşkil edilib. Rusiya Azərbaycanlıları İttifaqı və Dünya Azərbaycan Mədəniyyət Fondunun dəstəyi ilə növbəti xeyriyyə aksiya isə 2020-ci il 15 aprel tarixində Azərbaycan Respublikasının Lənkəran şəhərində və Havzava, Girdani, Vilvan, Osakuchia, İstis kəndlərində keçirlib. Aksiya çərçivəsində rayonun 110 yoxsul ailəsi ziyarət edilərək, ərzaq səbəti və lazımi əşyaları təhvil verib. Yardım alan ailələr göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Nəzərinizə çatdıraq ki, Azərbaycanın digər şəhərlərində də xeyriyyə aksiyaları davam edəcək. Qeyd edək ki, RAİ və DAMF Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gələcəkdə də təşəbbüslərini dəstəkləməyə və aztəminatlı ailələrə yardım göstərməyə yönəlmiş aksiyalarda iştirak etməyə hazır olduğunu bildirir. F.Məmmədov bildirib ki, bu gün ölkədə və xaricdə yaşayan soydaşlarımızın daha çox birliyə ehtiyacı var: “Bilirsiniz ki, COVİD-19 pandemiyası bütün dünyanı iflic edib. Hətta ən inkişaf etmiş ölkələr belə, bu bəla qarşısında aciz qalıb, həm iqtisadi, həm də insan itkisi ilə üzləşiblər. Dövlət başçısı Prezident Cənab İlham Əliyevin vaxtında verdiyi qərarlar pandemiyanın Azərbaycanda fəlakətə yol açmasını əngəlləyib. Azərbaycan bu gün xaricdə nümunə göstərilən ölkələr sırasında gəlir. Bir azərbaycanlı və eyni zamanda Rusiya Azərbaycanlıları İttifaqının rəhbəri olaraq bəyan edirəm ki, həmişə olduğu kimi bu çətin gündə də Azərbaycan xalqının və dövlət başçısının yanındayıq və əlimizdən gələn dəstəyi əsirgəməyəcəyik. Biz birlikdə güclüyük!”.
шаблоны для dle 11.2
Tarix: 29-04-2020, 16:16







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?