İşinin peşəkarı A- / A+

 
Həkim olmaq çətin və bir o qədər də şərəfli peşədir. Xüsusilə uşaq həkimi, uşaqların dünyaya gəlməsində böyük rolu olan cərrah-mama-ginekoloq olmaq daha da çətindir... İntizarla körpəsini gözləyən valideynlərə, onları sevənlərə bu xoş anın müjd əsini verən həkimlərimiz üçün isə bu, həm də böyük məsuliyyətdir.

Dünyaya göz açan hər bir körpənin simasında çəkdiyi əziyyətləri, keçirdiyi həyəcan dolu anları unutduğunu bildirən bir həkimədir bu gün təşəkkürümüz.

Mustafa-zadə Gülnarə Sadıq qızı Azərbaycan Tibb Universitetinin “Müalicə-profilaktika” fakültəsini bitirib.  
1998-2003-cü illərdə Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun mama-ginekologiya kafedrasında təkmilləşmə kursları keçib.
1992-ci ildən Mərkəzi Dəmiryol Xəstəxanasının mama-ginekologiya şöbəsində cərrah-mama-ginekoloq vəzifəsində çalışır.
Yüzlərlə ailələrə övlad sevinci bəxş edən Gülnarə xanım peşəsini çox sevdiyini, iş prosesində ən az analar qədər həyəcan keçirdiyini, lakin qucağına aldığı körpələrin şirin səsini eştidikdə bütün əziyyətinin keçdiyini, körpələrin timsalında ailələrə bəxş etdiyi böyük xoşbəxtliyin sevincini yaşadığını bildirir.

Sözsüz ki, hansı sahədə çalışmasından asılı olmayaraq, əsas məqsəd işini sevərək yerinə yetirmək və gördüyün işlə insanlara, cəmiyyətə faydalı, gərəkli olmaqdır. Gülnarə xanımın timsalında isə sənətini dərindən bilən, həkim adını öz əməlləri ilə layiqincə doğrultmağı bacaran, işini vicdanla yerinə yetirən bütün həkimlərimiz bu cəmiyyətin ən gərəkli, ən çox ehtiyac duyulan və ehtirama layiq şəxsləridir.
Bir daha Gülnarə xanıma uğurlar diləyir, işinin, halal zəhmətinin layiqincə bəhrəsini görməyi arzu edirəm.

Gülnar Süleymanova 
“Azərbaycan övladı”nın şöbə müdiri 
шаблоны для dle 11.2
Tarix: 26-11-2019, 17:21







TAM XƏBƏR
Facebook
Foto

Məmmədəliyevin hüzr mərasimində

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?