Azərbaycanın müstəqilliyinin əleyhinə kimlər səs verib? – SİYAHI A- / A+
 

Bu gün Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin 28-cı ildönümüdür. 

1991-ci ilin bu günü Azərbaycan Respublikasının Ali Soveti "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Bərpası haqqında" Konstitusiya Aktını qəbul edib.
 
O zaman Dövlət Müstəqilliyimizin lehinə Ali Sovetin 360 deputatından 258-i səs verib, 31 deputat Azərbaycan Respublikasının Dövlət müstəqilliyinin əleyhinə səs verib.
 
News12.az Dövlət Müstəqilliyimizin əleyhinə səs verənləri təqdim edir:

1. Arif Rəhimzadə - deputat
2. Yaşar Əliyev - Azərbaycanın Çindəki sabiq səfiri
3. Abbas Abbasov - baş nazirin sabiq birinci müavini
4. Fikrət Sadıqov - "Azərkimya" DŞ-nin keçmiş prezidenti
5. Samur Novruzov - sabiq deputat, vəfat edib
6. Eldar İbrahimov - deputat, Milli Məclisin Aqrar Siyasət komitəsinin sədri
7. Şaitdin Əliyev - sabiq deputat, MSK üzvü
8. Gülnarə Qurbanova - sabiq deputat
9. Mixail Zabelin - deputat
10. Sultan Məmmədov - sabiq deputat, biznes fəaliyyətilə məşğuldur
11. Zeynəb Xanlarova - Xalq artisti, deputat
12. Madər Musayev - deputat
13. Yaşar Rzayev - sabiq deuptat, Lənkəranın keçmiş icra başçısı
14. Gennadi Timoşenko - sabiq deputat
15. Həsən Həsənov - keçmiş baş nazir və xarici işlər naziri, Polşadakı səfir
16. Əli Həsənov - Baş nazirin müavini
17. Şair Həsənov - Tikinti və Arxitektura Komitəsinin sabiq sədri, keçmiş nazir
18. İrşad Əliyev - sabiq kənd təsərrüfatı naziri, Beyləqanın keçmiş icra başçısı
19. Əhməd Əhmədzadə - Su və Meliorasiya komitəsinin sədri
20. Aslan Süleymanov - sabiq deputat
21. Arif Ağayev - Yasamal və Samuxun keçmiş icra başçısı
22. Şamil Həsənov - Ağcabədinin keçmiş icra başçısı
23. Sahib Əkbərov - Kəlbəcərin sabiq icra başçısı
24. Tapdıq Kamalov - sabiq deputat
25. Rüfət Əsədov - Nazirlər Kabinetində sabiq şöbə müdiri
26. Tofiq Bağırov - Cəlilabadın keçmiş icra başçısı
27. Arif Mövsümov - Nazirlər Kabinetində sabiq şöbə müdiri, vəfat edib
28. Cahangir Hüseynov - sabiq deputat
29. Mirhəmzə Əfəndiyev - Belçikadakı sabiq səfir
30. Telman Orucov - Sabiq deputat
31. Çingiz Sadıqov - sabiq deputat, vəfat edib(demokrat.az)
шаблоны для dle 11.2
Tarix: 18-10-2019, 13:18







TAM XƏBƏR
Facebook
Foto

Məmmədəliyevin hüzr mərasimində

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?