Ali məktəblərə və kolleclərə əlavə qəbulun nəticələri ELAN OLUNDU A- / A+
 

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və 11 illik təhsil bazasında kolleclərə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, nəticələri SMS vasitəsilə öyrənmək istəyən abituriyentlər elektron ixtisas seçimi ərizələrində qeyd olunmuş kodu ( sonuna “9” rəqəmi əlavə olunmuş iş nömrəsini) 7727 qısa nömrəsinə göndərməlidirlər.

Nəticələr yaxın vaxtlarda Dövlət İmtahan Mərkəzinin saytında da yerləşdiriləcək.
 
“Abituriyentlərə tövsiyə edirik ki, SMS-i bir dəfə göndərsinlər. Nəticələr elan olunmamış SMS göndərən abituriyentlərə də müsabiqə nəticələri barədə məlumat göndərilir”, - Mərkəz bildirib.

шаблоны для dle 11.2
Tarix: 20-08-2019, 17:12







TAM XƏBƏR
Facebook
Foto

Şuşadan ƏN SON görüntülər-

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?