Növbəti buraxılış imtahanı keçiriləcək A- / A+

Növbəti buraxılış imtahanı keçiriləcək


Ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının birinci mərhələsi keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən News12.az verilən məlumata görə, martın 10-da keçiriləcək buraxılış imtahanında iştirak üçün imtahana buraxılış vərəqəsinin çapına başlanılıb. Təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər.

İmtahan Gəncə, Lənkəran, Naftalan, Şəki, Sumqayıt şəhərlərində, Abşeron, Ağdam, Ağsu, Astara, Bərdə, Biləsuvar, Daşkəsən, Goranboy, Göygöl, İmişli, Kürdəmir, Oğuz, Qəbələ, Saatlı, Sabirabad, Şabran, Şamaxı, Samux, Tərtər, Xaçmaz, Yevlax, Zərdab rayonlarında təşkil olunacaq.

Buraxılış imtahanında iştirak edəcək şagirdlər  https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=46 linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər. Şagirdlər iş nömrəsini təhsil aldıqları məktəbdən öyrənə bilərlər.

Buraxılış vərəqəsini çap üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalıdır və brauzerin “Pop-up blocked” sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlərə buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləmək olar.

шаблоны для dle 11.2
Tarix: 4-03-2019, 10:48



Digər xəbərlər




      TAM XƏBƏR
      Facebook
      Foto

      “Bura Vətəndir”-İşğal altında olan Şuşadan ƏN SON görüntülər

      Son xəbərlər
      Sorğu

      Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?