Hadı Rəcəbli: “YAP-ın qurultayı möhtəşəm keçdi” A- / A+
 
“Bu gün Yeni Azərbaycan Partiyasının VI qurultayı möhtəşəm keçdi. Qurultayda məruzə ilə partiyamızın sədri, cənab İlham Əliyev çıxış etdi. Bildiyimiz kimi, İlham Əliyev 2003-cü ildə prezident , 2005-ci ildə isə YAP-ın sədri seçilib.  Cənab prezident öz məruzəsində 2005-ci ildən bu günə kimi görülən işlərə toxundu. Azərbaycan iqtisadiyyatının güclənməsindən, ölkənin pul gəlirlərinin artmasından, insanların yaşayış səviyyəsinin yüksəldilməsindən, yeni iş yerlərinin yaradılmasından, Azərbaycanın xarici siyasətilə bağlı bəzi məsələlərdən, bizim dünyadakı nüfuzumuzdan  danışdı. Bunlar ölkəmizdə görülən işlər haqqında bir az da hesabat xarakteri daşıyırdı”.

Bu sözləri açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli YAP-ın qurultayı ilə bağlı təssüratlarını bölüşərkən deyib.


Komitə sədri bildirib ki, qurultayda 6 nəfər çıxış edib.


“Çıxış edən şəxslərin hər birinin təklifi ayaqüstə alqışlarla qarşılandı. Qurultayda bir daha partiyanın həmrəyliyi özünü qabarıq şəkildə göstərdi. 710 minlik üzvü olan partiya qurultayda özünü mütəşəkkil və yekdil olduğunu göstərdi. Çıxış edən şəxslər İlham Əliyevin fəaliyyəti haqqında qısa məlumat verdilər. Həmin şəxslər öz sahələri üzrə ölkədə aparılan məqsədli islahatlardan danışdılar. Beləliklə, cənab prezidenti İlham Əliyevin namizədliyi səs veməyə çıxarıldı və yekdilliklə qəbul olundu. Bununla da YAP növbədənkənar prezident seçkilərində İlham Əliyevin namizədliyini irəli sürdü. Partiyamız bir daha elan etdi ki, biz seçkilərdə də kifayət qədər fəallıq göstərəcəyik. Hesab edirəm ki, seçkilər uğurla başa çatacaq. Çünki Azərbaycanda dövlət-vətəndaş həmrəyliyi, prezident-xalq bütövlüyü var. Bu, bir daha onu sübut edir ki, İlham Əliyev xalqın məhəbbətini qazanıb”.


Hadı Rəcəbli xatırladıb ki, ötən dövr ərzində prezident İlham Əliyevin yürütdüyü müstəqil siyasət Azərbaycanın milli maraqlarına xidmət edib, ölkənin hərtərəfli və sürətli inkişafı təmin olunub, cəmiyyət həyatının bütün sahələri yeniləşib və müasirləşib, xalqın rifahı yüksəlib:

“Bu gün Azərbaycan beynəlxalq birliyin böyük nüfuza malik ölkələrindən biri kimi tanınır. Bütün bunlar Azərbaycan xalqının, vətəndaşların, seçicilərin prezident İlham Əliyevə yüksək etimadı və tam dəstəyini şərtləndirən başlıca amillərdir. Əminliklə demək olar ki, cənab İlham Əliyev seçkilərdə növbəti dəfə böyük səs çoxluğu ilə parlaq qələbə qazanacaq”.
шаблоны для dle 11.2
Tarix: 8-02-2018, 12:18







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?