
Azərbaycanda geoloji parklarda ovçuluğun həyata keçirilməsi qadağan edilib.
News12.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında “Ovçuluq haqqında” qanuna dəyişiklik edilib.
Qanunun 21-ci maddəsinə (Ovçuluq təsərrüfatlarının təşkili və kateqoriyaları) edilən dəyişikliyə əsasən, ov yerlərinə yaşayış məntəqələrinin, sənaye, təsərrüfat və hərbi obyektlərin, dövlət təbiət qoruqlarının əraziləri, milli, geoloji və təbiət parklarının xüsusi mühafizənin hüquqi rejimi tətbiq olunan fəaliyyət zonaları aid edilə bilməz və bu ərazilərdə ovçuluğun həyata keçirilməsi qadağan edilir.
Sənəd səsverməyə çıxarılaraq qəbul edilib.
Tarix: 24-04-2020, 16:44

Digər xəbərlər
Azərbaycanın dövlət bayrağı yenidən Krasnoyarsk aeroportunda dalğalanır
Ermənistan diaspor dayağını necə itirib?
Norveçdəki Azərbaycan diasporu ermənilərin qarayaxma kampaniyası ilə mübarizə aparır