Əfqanıstanın 1-ci vitse-prezidentinə sui-qəsd: 2 nəfər ölüb, 7 nəfər yaralanıb A- / A+
 
Əfqanıstanın birinci vitse-prezidenti Əmrullah Salehə sui-qəsd cəhdi nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Əmrullah Salehin mətbuat xidmətinin nümayəndəsi “Facebook” səhifəsində yayıb.
Partlayış sentyabrın 9-da səhər saatlarında Əfqanıstanın paytaxtı Kabilin Taimani meydanında törədilib.
“Əfqanıstanın düşmənləri Əmrullah Salehə xəsarət yetirmək istəsə də, cəhdləri boşa çıxıb. Birinci vitse-prezident sağdır”, - o vurğulayıb.
Bildirilib ki, Ə.Salehin avtomobil karvanının keçdiyi yolda bomba partlayıb. Yaralananlar arasında birinci vitse-prezidentin mühafizəçiləri də var.
шаблоны для dle 11.2
Tarix: 9-09-2020, 11:12







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?