Saakaşvili Zelenskinin vəzifə təklifini qəbul etdi A- / A+
 
Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukrayna lideri Vladimir Zelenskinin Baş Nazirin müavini olmaq təklifini qəbul edib.
News12.az xəbər verir ki, bu barədə Saakaşvili özü açıqlama verib. Onun sözlərinə görə, rəsmi Kiyevin daha aydın danışıqlara və daha münasib şərtlərə ehtiyacı var.

"Prezident mənə Beynəlxalq Valyuta Fondu ilə, beynəlxalq maliyyə təşkilatları ilə danışıqlar aparmaq barədə göstəriş verdi. Ukrayna çox güclü iqtisadi fırtına, əsl sunami, böhran dövrünə girir. Biz yalnız Ukrayna iqtisadiyyatını xilas etmək üçün deyil, hər bir Ukrayna ailəsinə dəyəcək zərbəni zəiflətmək və dövləti xilas etmək üçün fövqəladə addımlar atmalıyıq",- deyə Saakaşvili vurğulayıb.

O, bildirib ki, Zelenski və komandası tərəfindən edilən dəyişiklikləri sürətləndirmək lazımdır.
шаблоны для dle 11.2
Tarix: 24-04-2020, 15:04







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?