Türkiyə Suriyaya qoşun yeridəcək - Kürdlər Trampı “xəyanət”də İTTİHAM EDİR A- / A+

 

Türkiyə Suriyada ABŞ-ın müttəfiqi olan “Demokratik Suriya Qüvvələri”nə qarşı hərbi əməliyyatlara hazırlaşır. Donald Tramp Ankaranın razılaşdırılmış sərhədləri keçəcəyi təqdirdə ölkə iqtisadiyyatını darmadağın edəcəyini bildirib.



News12.az xəbər verir ki, Türkiyə ölkənin şimal-şərqində genişmiqyaslı əməliyyatlar keçirəcək. Bu əməliyyatın genişliyinə görə Suriyada türk ordusunun keçirəcəyi ən geniş əməliyyatdır. Amma türk ordusunun Mənbicdən İraq sərhədinə qədər şiddətli müqavimətlə üzləşəcəyi gözlənilir.

Rəcəb Tayyip Ərdoğan bazar ertəsi günü əməliyyatın hər an başlana biləcəyini yazır.


Suriya ordusu ilə sərhədi kürdlərin YPG (Xalq Özünümüdafiə Dəstələri) və YPJ (Qadın Özünümüdafiə Dəstələri) dəstələri idarə edir.

Maraqlıdır ki, ABŞ Suriyaya daxil olduqdan bəri bu qruplaşmalar regionda onların əsas müttəfiqi sayılırdı. 2015-ci ildə amerikalı hərbi təlimatçılar onlara təlim keçir, silahla təmin edirdilər. YPG və YGJ daha geniş miqyası əhatə edən “Suriya Demokratik Qüvvələri”nin (SDF) tərkib hissəsidir. SDF isə kürdlərin “Demokratik İttifaq” partiyasının hərbi qanadı sayılır. Ankara bu partiyanı PKK-nın Suriya qanadı saydığı üçün terror təşkilatı adlandırır.

 

Bazar ertəsi günü Ərdoğan Trampla telefon danışığı aparıb. Bundan sonra, ABŞ Suriyanın şimal-şərqindən öz qoşunlarını çıxarmağa başlayıb. Ümumilikdə, regionda min amerikalı hərbçi var. Onların türk ordusunun əməliyyat keçirəcəyi regiondan çəkilməsi 1 həftə vaxt alacaq.

 

ABŞ mətbuatı isə oktyabrın 6-dan başlayaraq amerikalı əsgərlərin Türkiyə ilə sərhəddə yerləşən Tel-Abyad şəhərindəki müşahidə postunu tərk etdiklərini yazır. Ankaradakı mənbələr isə əməliyyatın yaxın 1 həftə ərzində başlanacağını proqnozlaşdırır. İlk növbədə, amerikalı hərbçilərin təhlükəsiz məsafəyə qədər uzaqlaşmaları gözlənilir.

 

“Suriya Demokratik Qüvvələri”nin nümayəndəsi Musatafa Bali baş verənləri “arxadan zərbə” adlandırıb. Qruplaşma ABŞ-la birgə İŞİD-ə qarşı vuruşduğunu və bu zaman 11 min döyüşçüsünü itirdiyini xatırladıb. Onlar Türkiyə ilə sərhəd boyu total müharibə edəcəklərini vurğulayıblar.


Tramp bazar ertəsi günü “Twitter”də yazdığı 5 ardıcıl tvitdə ABŞ ordusunun Suriyanın şimal-şərqini hansı səbəblərdən tərk etdiyini izah edib.

“Kürdlər bizimlə birlikdə döyüşüblər və buna görə biz onlara çoxlu pul və silah paylamışıq. Onlar Türkiyə ilə onlilliklər boyu vuruşublar. Mən bu müharibəni 3 il saxlasam da, daha bu qarışıq müharibələrdən çıxmaq zamanıdır”-deyə Tramp yazıb.

Onun fikrincə, İran, Rusiya, İraq, Avropa, Türkiyə, Suriya və kürdlər Yaxın Şərqdəki problemlərini özləri həll etməlidir.

“Biz nə türkləri, nə də türkləri dəstəkləməyəcəyik. Əgər onlar toqquşsa, biz kənardan seyrçi olacayıq”-deyə adı açıqlanmayan amerikalı məmur “Nyu York Tayms”a açıqlama vermişdi.

 

Rəsmi Ankara Suriya ilə sərhəddə bufer zonası yaratmağı və kürd müqavimətini tamamilə zəiflətməyi əsas strateji hədəf hesab edir. 2016-2017-ci illərdə “Fərat Qalxanı” əməliyyatı çərçivəsində türk ordusu Afrin və Fərat çayının şərq sahilindəki kürd qüvvələrini ikiyə ayıra bilmişdi. Növbəti “Zeytun Budağı” əməliyyatı iləsə Afrindəki kürd mövqeləri ələ keçirildi. Bundan sonra, Ərdoğan Fəratın şərq sahillərini də azad edəcəklərini bildirmişdi. Həmin vaxt Vaşinqton bunun qarşısını almağa çalışırdı.

 

Rəcəb Tayyip Ərdoğan BMT-də çıxışı zamanı Suriya ilə 480 kilometr boyu təhlükəsizlik zolağının yaradılacağını elab etmişdi. Həmin bölgədə 2 milyon suriyalı qaçqının yerləşməsi nəzərdə tutulur. Türkiyə tərəfi təhlükəsizlik zonasının 30 kilometr dərinliyə malik olmasını gözləyir. Amma xətti Deyr-əz-Zora qədər genişləndirmək mümkün olsa, daha 1 milyon suriyalının bölgəyə qaytarılması mümkün olacaq.

ABŞ-dakı mənbələr Türkiyə ordusunun keçirəcəyi əməliyyatın miqyasını bilmədiklərini vurğulayır. BMT isə regionda ciddi humanitar problemlərin yaranacağından qorxur.  

Donald Tramp Türkiyə ilə bağlı tvitlərinin ardınca, Ankaranı hədələyən açıqlamlarla çıxış edib.

“Əvvəl də dediyim kimi, Türkiyə mənim böyük müdikliyim və səbrimi daşıran addım atarsa, ölkə iqtisadiyyatını Yer üzündən siləcəm” tipli lovğa tvit atmışdı.

Suriya münaqişəsinin daha bir önəmli oyunçuasu Moskva isə türk ordusunun əməliyyatına qarşı çıxsa da, döyüşlərin baş verəcəyi bölgənin hökumət qüvvələrinin nəzaərti alıtnda olmaması bu etirazı xeyli zəiflədir. Moskva bütün Suriya ərazisində Bəşər Əsəd hökumətinin bərqərar olmasının tərəfdarıdır.
шаблоны для dle 11.2
Tarix: 8-10-2019, 16:27







TAM XƏBƏR
Facebook
Foto

Məmmədəliyevin hüzr mərasimində

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?