Almaniya Gürcüstana 10 milyon avro yardım ayırıb A- / A+

Almaniya Gürcüstana 10 milyon avro yardım ayırıb


Almaniya hökuməti məcburi köçkünlərə yardım məqsədilə Gürcüstana 10 milyon avro ayırıb.

News12.az xəbər verir ki, bu barədə “Georgia Today” saytı məlumat yayıb.

Məlumata əsasən, Almaniyanın dövlət bankı KfW tərəfindən ayrılan pul Gürcüstanda məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasına yönəlmiş çoxsaylı layihələrə xərclənəcək.

KfW tərəfindən edilən maliyyə yardımı həmçinin 24 infrastruktur layihəsinin reallaşdırılmasına, 8 yeni bağça və 2 məktəbəqədər müəssisənin yaradılmasına yönəldiləcək. Məcburi köçkünlərin kiçik və orta ölçülü biznesini qurması isə üçün qrantlar ayrılacaq. Bundan əlavə, məcburi köçkün statusu olan gənclər üçün təhsil mərkəzləri yaradılacaq.

Üç illik layihənin yerinə yetirilməsinə Danimarka Qaçqın Şurası nəzarət edəcək.

шаблоны для dle 11.2
Tarix: 24-02-2019, 21:09



Digər xəbərlər




      TAM XƏBƏR
      Facebook
      Foto

      “Bura Vətəndir”-İşğal altında olan Şuşadan ƏN SON görüntülər

      Son xəbərlər
      Sorğu

      Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?