KXDR Kim Çen Inın Donald Trampla görüş üçün Hanoya getdiyini təsdiqləyib A- / A+


Koreya Xalq Demokratik Respublikasının (KXDR) Dövlət Şurasının sədri Kim Çen In Hanoya yola düşüb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi (STAK) xəbər verib.

Bildirilir ki, fevralın 27-28-də onun ABŞ prezidenti Donald Trampla ikinci sammiti olacaq.

Məlumata görə, partiyanın, hökumətin və güc strukturlarının rəhbərləri fevralın 23-də, günün ikinci yarısında Kim Çen Inla birlikdə xüsusi qatarla Pxenyan dəmiryol vağzalından yola düşüblər.

Qeyd edilir ki, Koreya Xalq Demokratik Respublikasının liderini sammitə səfərdə Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin sədr müavinləri Kim Yon Çxol, Lu Su Yon, Kim Pxyon Xe, O Su Yon, xarici işlər naziri Li Yon Xo, xalq silahlı qüvvələri naziri No Qvan Çxol, həmçinin Mərkəzi Komitənin bölmə sədrinin birinci müavini, Kim Çen Inın doğma bacısı, onun ən yaxın məsləhətçilərindən biri adlandırılan Kim Yo Çjon müşayiət edirlər.

Daha əvvəl bildirilib ki, Hanoyda keçiriləcək ABŞ-KXDR sammitini işıqlandırmaq üçün indiyədək 2600-ə yaxın xarici jurnalist akkreditasiyadan keçib.

шаблоны для dle 11.2
Tarix: 24-02-2019, 14:42



Digər xəbərlər




      TAM XƏBƏR
      Facebook
      Foto

      “Bura Vətəndir”-İşğal altında olan Şuşadan ƏN SON görüntülər

      Son xəbərlər
      Sorğu

      Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?