Ermənistanda nasizm gerbi və Paşinyanın faşist sevgisi - FAKTLAR A- / A+

 

Nasistlərin yəhudilərə qarşı törətdiyi Holokost soyqırımı XX əsrin ən böyük və qanlı qırğını olaraq tarixə düşüb. Nasizmə üslubunda soyqırımı aktı bir də əsrin sonunda – 1992-cü ilin 26 fevralında Xocalıda baş verdi. Ermənilər azərbaycanlılara qarşı bəşəriyyətin ən dəhşətli qırğınını törətdilər.

II Dünya müharibəsi başa çatmışdı, faşizm üzərində qələbə çalınmışdı, Almaniya nasistlərə görə bəşəriyyətdən üzr istəmişdi, hətta SSRİ belə dağılmışdı, lakin Xocalı faciəsi nasizm üslubunun hələ də yaşadığının bariz nümunəsi idi.

Maraqlıdır, Almaniya nasizmdən imtina etdiyi halda Ermənistan bəşəriyyət üçün təhlükə olan bu mirası niyə qəbul etdi?

Burada Ermənistanda qəhrəmanlaşdırılan və şərəfinə abidə qoyulan Qaregin Njde amili önə çıxır.

Keçmiş daşnak, Njde ləqəbli Qaregin Ter-Arutyunyan Üçüncü Reyxin əsas adamlarından olub və Nasistlər tərəfindən yaradılan Cəza legionlarından birinə rəhbərlik edib. 1942-ci ildə ermənilərdən ibarət yaratdığı cəza legionu ilə Ukraynada, Polşada yəhudilərə və digər millətlərə qarşı kütləvi qətliamlar törədib. Tarixi məlumatlara görə, bu legion təkcə Krımda 20 min insanı məhv edib. Rusiya Müdafiə Nazirliyinin baş redaksiya heyəti tərəfindən nəşr edilmiş 12 cildlik “1941-1945-ci illərin Böyük Vətən müharibəsi” ensiklopediyasının “Böyük Vətən müharibəsi illərində gizli müharibə, kəşfiyyat və əks-kəşfiyyat” adlı VI cildində dərc edilmiş “Müharibənin son dövründə hərbi əks-kəşfiyyatın fəaliyyəti” adlı məqalədə deyilir: “Əks-kəşfiyyatçılar 114-cü Dromedar oberqrupu barəsində agentura işi çərçivəsində daşnak ordusunun keçmiş generalı, almanların yanında Njde ləqəbi ilə xidmət etmiş mühacir Ter-Arutyunyanı aşkar edib və həbsə alıblar. Böyük Vətən müharibəsi illərində o, Bolqarıstan ərazisində milliyyətcə erməni olan 30-dan çox agent cəlb edib, onların təxribat hazırlığında və pozucu fəaliyyət üçün Qızıl Ordunun arxa cəbhəsinə atılmasında iştirak edib. SMERŞ qrupunun əməkdaşları olan 17 təxribatçı saxlanılıb, qalanları barədə axtarış elan edilib. 1948-ci ildə Njde hərbi cinayətkar qismində həbs edilərək, 25 il həbs cəzası alıb və 1957-ci ildə Vladimir həbsxanasında ölüb.

“Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur”. Njdenin əsas şüarı belə idi. Onun davamçılarının Xocalıda nasistlərin soyqırımı üslubunu daha da inkişaf etdirərək, bəşəri cinayət törətməsi təsadüfi deyildi.

2016-cı ildə Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın iştirakı ilə Qaregin Njdeyə İrəvanda 6 metr hündürlüyündə heykəl qoydular. Bu heykəli ucaldan Sarkisyan Xocalı soyqırımına haqq qazandırmaq üçün deyirdi ki, “Xocalıya qədər azərbaycanlılar bizim zarafat etdiyimizi düşünürdülər”.

Göründüyü kimi, bəşəriyyətə qarşı hərbi cinayətlər törətmiş nasizm bu gün vaxtilə siyasi hakimiyyətdə olduqları Almaniyadan daha çox, Ermənistanda çiçəklənməkdədir. Serj Sarkisyanın rəhbərlik etdiyi Respublika Partiyasının gerbində nasizm simvolunun əks olunması da bunun məntiqi davamıdır. Hərçənd, Sarkisyanı devirib hakimiyyətə gələn Nikol Paşinyan da faşizm sevgisindən əl çəkmir və Njdeyə qoyulan 6 metrlik abidə hələ də İrəvan küçələrində boylanır.

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilən iclasında çıxışı zamanı bildirdi ki, Ermənistanda faşistlərin qəhrəmanlaşdırılması davam edir.

“Biz dövlət başçıları faşistlərin qəhrəman kimi qələmə verilməsinin əleyhinə dəfələrlə çıxış etmişik. Təəssüf ki, MDB məkanında, xüsusən Ermənistanda belə hallar baş verir. Orada əvvəlki hakimiyyət Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub. MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın əvvəlki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə etirazını bildirib... Təəssüf ki, Ermənistanın yeni hakimiyyəti bu heykəli götürməyib. Hesab edirəm ki, MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer yoxdur”, - Azərbaycan lideri bəyan etdi.

İclasda çıxış edən Ermənistanın baş naziri Nikol Paşinyan isə nasist Njdenin “erməni soyqırımı”ının qarşısını almaq üçün mübarizə apardığını iddia edib və bununla faşistləri qəhrəmanlaşdırdıqlarını etiraf edib. Dövr və şəxslər dəyişsə də, işğalçı Ermənistanın faşist mahiyyəti dəyişmir.

Asif Nərimanlı
шаблоны для dle 11.2
Tarix: 14-10-2019, 19:55



Digər xəbərlər




      TAM XƏBƏR
      Facebook
      Foto

      Məmmədəliyevin hüzr mərasimində

      Son xəbərlər
      Sorğu

      Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?